adalet.az header logo
  • Bakı 6°C
04 Avqust 2021 15:36
19587
GÜNDƏM
A- A+

FHN-nin digər qrupu Marmarisə çatdı

Dənizlidə iki yanğının meydana gəlməsi ilə bağlı Azərbaycandan gələn ikinci yanğınsöndürmə qrupunun bir hissəsi dərhal orda yanğınsöndürmə əməliyyatlarına qoşuldu.

Adalet.az xəbər verir ki, bu barədə Marmarisdə olan general Etibar Mirzəyev mediaya açıqlamasında deyib.

O bildirib ki, digər qüvvələr hazırda Marmarisdədir və ilkin dəyərləndirmədən sonra burada yanğınsöndürmə əməliyyatlarına qatılacaq.