İsrail Türkiyəyə qarşı müharibəyə başlaya bilər – Politoloq
“İsrail Baş naziri Benyamin Netanyahu Türkiyəni hədəf seçib. B. Netanyahu ABŞ rəsmilərinin çağırışlarına cavab vermir. Görünür, Rəsmi Vaşinqton İsrailin Türkiyənin əli ilə cəzalandırılmasında maraqlıdır. İsrail Yaxın Şərqin ABŞ və Türkiyənin qurmaq istədiyi siyasi nizama qarşı çıxır. İsrailin güclü hərbi hava qüvvələri var. Quru qoşunları isə, Türkiyə ordusu ilə müqayisəyə gəlməz. Türkiyənin güclü quru qoşunları və hərbi hava qüvvələri var”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, bütün hərbi potensialı ilə Türkiyə İsraildən güclüdür və İsrailə dəniz blokadası tətbiq edərək, zərbələr endirə bilər:
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şamda və Qüdsdə namaz qilacağını açıq şəkildə bəyan etmişdi. Cənab Ərdoğanın bu bəyanatından sonra Suriyada Əsəd rejimini devirdi.Göründüyü kimi, Rəcəb Tayyib Ərdoğanın bəyanatları Yaxın Şərqin geosiyasi nizamını dəyişəcək bir mesajıdır. Rəcəb Tayyib Ərdoğan kifayət qədər güclü və prinsipial liderdir. İsrailin Türkiyəyə qarşı gəlməsi və Fələstin dövlətinə qarşı çıxması, Donald Trampın Sülh Şurasının qəbul etməməsi, prosesləri daha dərin böhrana aparır. Yaxın Şərqdə yeni Fələstin dövləti elan edilməli və buna görə Donald Tramp "Nobel Sülh mükafatı" almalıdır. Məhz Donald Tramp İsrailin əngəli ilə qarşılaşır.İsrail Türkiyənin hərbi mövqeyinə zərbə vurarsa, Türkiyə ordusu Qüdsə daxil olub, Fələstin dövlətini elan edə bilər. Bununla da Rəcəb Tayyib Ərdoğan Qüdsdə namaz qılması bəyanatı reallaşa bilər.Yaxın Şərqdə rol Türkiyəyə verilib. Məkkə sazişinə ABŞ dəstəyi bu müstəvidədir.Türkiyə Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə gücdür. Qərb də bu müstəvidə Ankaraya dəstək verir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
22 Avqust 2026 11:20
İntellektual təvazökarlıq: Siyasi peşəkarlığın görünməyən gücü
22 Avqust 2026 10:34
“Talibanla Pakistan hakimiyyəti arasındakı gərgin münasibətlər...”
21 Avqust 2026 23:50
Azərbaycan və Özbəkistan: Dostluqdan müttəfiqliyə aparan yol - VİDEO
21 Avqust 2026 16:17
İlham Əliyev Şavkat Mirziyoyevə minnətdarlığını bildirdi
21 Avqust 2026 15:55
Prezident Türkmənistanla bu sənədləri təsdiqlədi
21 Avqust 2026 15:11
“Bu fakt qürur hissi doğurur”
21 Avqust 2026 14:40
“Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur”
21 Avqust 2026 14:33


Bakı -°C

