adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
01 Avqust 2021 14:59
39190
İDMAN
A- A+

Boksçumuz uğur qazandı: Bürünc medal

Azərbaycan boksçusu Alfonso Dominges Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Adalet.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda son olimpiya çempionu kubalı Arlen Lopeslə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Dominges olimpiadanın bürünc medalı ilə kifayətlənib.

İlk raundda 5 hakimdən 4-ü Azərbaycan təmsilçisinin üstün olduğunu bildirib. İkinci hissədə isə 4 referi Lopesin leyhinə qərar çıxarıb.

Dominges üçüncü raundda noqdauna düşüb və hakimlərin hamısı Lopesin üstün olduğu qənaətinə gəlib.

Qeyd edək ki, Alfonso Dominges 1/8 final mərhələsində özbəkistanlı Dilşodbek Ruzmetovu, 1/4 finalda isə türkiyəli Bayram Malkanı mübarizədən kənarlaşdırıb.