SON DƏQİQƏ:

Pomidor 20 qəpiyə

  21242   |  
Şriftin ölçüsü  

Bir neçə gün bundan əvvəl televiziyada bir sujet göstərdilər. O sujetdə Saatlı rayonunun pomidorçuluqla məşğul olan fermeri məhsulun ucuzluğundan danışırdı. Təsərrüfat adamı deyirdi ki, sahələrdə pomidor tökülüb qalıb, heç kiloqramını 20 qəpiyə də almırlar. İlboyu çəkdiyimiz zəhmət və əziyyət puç olub gedir. Gözümüz yoldadı ki, kimsə gələcək və pomidorun kiloqramını 20 qəpikdən alacaq. Hətta 20 qəpikdən də aşağı satmağa hazırıq. Təki gəlib alsınlar.

Bu sujetə baxandan sonra mənim alın təri ilə məhsul becərən insanlara lap yazığım gəldi. Çünki onlar ilboyu əlləşir, vuruşur, çalışır, heç əkdikləri məhsulun maya dəyərini çıxara bilmirlər. Ona görə də bir çoxları mövsüm gələndə bostan-tərəvəz məhsulları əkməkdən vaz keçirlər. Onlar deyirlər ki, pomidorun, xiyarın yerinə yonca əkərik və ildə də dörd dəfə biçib bağlamasını 5 manatdan satarıq. İndi durub biz zülüm  çəkək, başqaları da qaz vurub qazan doldursun.

Bakıda isə bazarlarda, marketlərdə, dükanlarda pomidorun kiloqramı 60, 70 qəpikdən və 1 manatdan aşağı düşmür. Bax, buna deyiblər ey, nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı. Əziyyət çəkən qalır kənarda, dələduzlar və fırıldaqçılar nəinki pomidordan, eləcə də digər kənd təsərrüfatı məhsullarından milyonlar qazanır.

Bəs, süni qiymət artımına göz yuman əlaqədar qurumlar nə işlə məşğuldurlar? Bax, bu barədə biz heç bir şey deyə bilmərik. Bir onu deyə bilərik ki, qaz vurub qazan dolduranlara havadarlıq edilir, zəhmət çəkib məhsul əkənlərin isə başına qapaz vurulur. Ki, dəyər-dəyməzinə əkdikləri məhsulu onların əlindən alıb, baha qiymətə bazarlarda satsınlar.

Emil FAİQOĞLU

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK