SON DƏQİQƏ:

Almalarımızı divlərə qapdırıb sonra... - Eminquey yazır

  134266   |  
Şriftin ölçüsü  

Ölkəmizin builki olimpiada yarışlarında bu qədər uğursuz çıxışının əvvəlimci səbəbini pandemiya və 44 günlük müharibəyə urcah eləmək gərəkdir ki, digərinci səbəbləri sadalayanda ayaq yerimiz olsun.

Digərinci səbəblərə keçidimi ayaqüstü lətifəylə gerçəkləşdirmək istəyirəm.

“2020 Olimpiadasında Azərbaycanı boksda təmsil edən kubalı boksçu Lorenso Sotomayor Gürcüstanı təmsil edən azərbaycanlı Əsgərxan Mədiyevlə mübarizədə uduzur”.

İmişlinin icrası demiş, nədən belə olmalıdır, niyə belə eləyirsiniz?

Hamınızın məlumudur ki, ölkəmiz son dövrlər bədən tərbiyəsinə çox diqqət yetirir. Bədəni tərbiyələnmişlərin qılıncının sağı da kəsir, solu da. Bəs yaxşı, az əvvəl yazdığım lətifələr niyə hasil olur?

Lorenso Sotomayor və onun timsalında digər əcnəbilərə niyə möhtacıq? Yox, əgər vəziyyət bu qədər “əcnəbicə”dirsə, niyə “əccəb əcnəbidi” deyəcəyimiz kəsləri görmürük?

Məsələn, Beynəlxalq Olimpiya Komitəsi canla-başla bir qaçqın olimpiya komandası qurdu. Fərqli ölkələrdən qaçan idmançılar tək bir ölkə kimi Olimpiya bayrağı altında mübarizə aparmağa başladılar. 2016-cı il Rio Olimpiadasına qatılan qaçqınlar, artıq Tokiodakı yarışlara dünyadakı bütün qaçqınları təmsilən qatılırlar. 29 idmançı ilə 12 idman növü üzrə yarışırlar.

Tutaq ki bu qaçqınlardan biri Yusra Mardini.

Suriyalıdır. Xristian bir ailənin qızıdır və Şamda dünyaya gəlib. Üzgüçüdür. Suriya milli yığmasında idi. 2015-ci ildə 17 yaşında ölkəsindən qaçdı, 20 yaşı bacısı Sara ilə birgə qaçqınların arasına qarışıb Türkiyəyə keçdi, əvvəlcə İstanbula, sonra İzmirə, daha sonra Ayvalıka və beləcə yunanların Midili adasına gəldi. Midiliyə ayaq basan bütün qaçqınları əsir düşərgələrində saxlasalar da, Yusra ilə bacısı Saranı göydə qapdılar, əvvəlcə Avstriyaya apardılar, oradan da Almaniyaya. Berlində ev verdilər, təqaüd verdilər, tərcüməçi verdilər, Almaniyanın ən məşhur üzgüçülük klublarından biri “Wasserfreunde Spandau 04”ə gətirdilər, məşqlərə başladı, alman mətbuatında müsahibə dalınca müsahibələr verdi, Yusradan dünya miqyasında qəhrəman düzəltdilər, Almaniyanın insanlıq nümunəsi olduğunu, müharibədən qaçan qaçqınlara bu cür möhtəşəm davranıldığını təbliğ etdilər. Hələ bu azmış kimi qaçqınları təmsilən BMT-nin sülhməramlı elçisi də etdilər. Almaniyanın ən yağlı media mükafatı olan Bambi mükafatını (cəmiyyətə örnək olan insanlara verilir) verdilər, həyatından “The Swimmers” (Üzgüçülər) adlı Netflix serialı çəkdilər.

Xülasə, Yusra indi Tokio Olimpiadasında qaçqınları təmsil edir.

Təkcə Yusra deyil, məsələn, Abdullah Sediqi var, əfqandı taekvandoçudur, Ahmed Alikaj var, suriyalı cüdoçudur, Masomah Zada var, əfqan velosipedçidir, Alaa Maso var, suriyalı üzgüçüdür, Nigara Shaheen var, əfqan cüdoçudur, Aram Mahmoud var, suriyalı badmintonçudur. Və digərləri. Hamısı qaçqınlardır, hamısını da göydə qapıblar.

Avropalı rəsmilərin “qaçqınlar bizə gəlməsin” deməyi bir yana, qaçqınların içindən ən lazımlılarını seçib özlərinə götürməyi bir yana. Qıraq-bucağa isə cahil-cühəla qalsın. Məsələn, qonşu Türkiyəyə.

Almaniyanın sahib çıxdığı iranlı kanoeçi, taekvandoçu, İngiltərənin sahib çıxdığı kamerunlu atlet, İsrailin sahib çıxdığı sudanlı atlet var. Var, var, var.

Bizim isə Lorenso Sotomayorumuz var. Kuba əsilli azərbaycanlı boksçu 2015-ci ildə Bakı şəhərində baş I Avropa Oyunlarının qızıl medalını, 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş XXXI Yay Olimpiya Oyunlarının isə gümüş medalını qazanıb. 2015-ci ildə I Avropa Oyunlarında qazandığı nailiyyətə görə "Şöhrət" ordeni ilə, 1 sentyabr 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında qazandığı uğura görə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni təltif edilib.

Əladır!

Sözümün canı Sotomayorun builki uğursuz çıxışı deyil, sözümün canı budur ki, niyə öz idmançılarımıza sahiblənə bilmirik? Niyə öz idmançılarımız Gürcüstanın yığmasında bizə qarşı uğurla çıxış edir və yuxarıdakı lətifə meydana çıxır? Futbolumuzdan tutmuş digər idman növlərinə kimi.

Bu barədə düşünmək gərəkdir.

Almalarımızı divlərə qapdırıb sonra ordan-burdan çürük alma dərdinə düşməmək üçün.

Barı bir dişə dəyənini gətirin də...

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK