adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Iyul 2021 09:33
63443
İDMAN
A- A+

Daha bir cüdoçumuzun Olimpiadada debütü uğursuz olub

Azərbaycan cüdoçusu Orxan Səfərovun “Tokio-2020” Yay Olimpiya Oyunlarında debütü uğursuz olub.

AZƏRTAC xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz qazaxıstanlı Yerlan Serikjanova məğlub olub.

Qeyd edək ki, Orxan Səfərov öz çəkisində son Avropa çempionudur.

Daha əvvəl cüdoçularımız Kəramət Hüseynov və Aişə Qurbanlı da Olimpiadada mübarizəni erkən dayandırıblar. 

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb.