adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Iyul 2021 10:30
15858
GÜNDƏM
A- A+

Allahşükür Paşazadə: “Hər kəsə azad olunan ərazilərimizdəki məscidlərdə namaz qılmaq nəsib olsun”

Bu yaxınlarda Ağdam və Şuşa məscidində namaz qıldıq. Minarədən gələn azan səsi Azərbaycan xalqının ədalətinin bərpası və zəfərinin nişanəsidir.

Adalet.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində qılınan bayram namazından sonra çıxışında deyib.

O bildirib ki, bu gün Əjdərbəy məscidində bayram namazı qılırıq:

“Bu gün İran İslam Respublikasının səfirinin, nümayəndəliyinin burada olması və bayram namazını bizimlə qılmaları bizi sevindirir. Bayramı bizimlə paylaşıb ibadət etdiklərinə görə təşəkkür edirik”.

Şeyxülislam Allahşükür Paşazadə sonda bütün dünya müsəlmanlarının bayramını təbrik edib və hər bir vətəndaşa işğaldan azad olunan ərazilərimizdə məscidlərdə namaz qılmağı nəsib etməsini diləyib.