adalet.az header logo
  • Bakı 19°C
13 Iyul 2021 11:46
20803
HÜQUQ
A- A+

Anar Qasımlı: Şəhid ailələrinə xidmət etməkdən qürur duyuruq!

İddialara görə, özünü jurnalist kimi təqdim edən bir neçə nəfər gedib şəhid ailələrindən pul alıblar. Alıblarsa, burunlarından gəlsin, bu öz yerində.

Düşünürəm ki, özünü jurnalist kimi təqdim edib şəhid ailələrindən pul alanlar olduğu kimi, özünü vəkil kimi də təqdim edərək, şəhid ailələrindən guya onların hansısa problemlərini həll etmək üçün pul istəyənlər, alanlar da ola bilər.

Xatırladıram ki, Vəkillər Kollegiyasının rəhbərliyinin təşəbbüsü ilə ölkə üzrə fəaliyyət göstərən bütün vəkillər şəhid ailələrinə tamamilə ödənişsiz hüquqi yardım göstərirlər. Şəhid ailələri hüquqi problemləri yarandıqda ancaq Vəkillər Kollegiyasının üzvü olan şəxslərə müraciət etsinlər. Şəhid ailələrinə xidmət etməkdən qürur duyuruq!