adalet.az header logo
  • Bakı 16°C
29 Iyun 2021 16:44
77700
KRİMİNAL
A- A+

Türkiyədə mafiyaya zərbə: Sedat Peker dəstəsinin 10 üzvü həbs edildi

Türkiyədə mütəşəkkil cinayətkar qruplar yaradaraq onlara rəhbərlik etməkdə təqsirləndirilən Sedat Pekerin işi ilə bağlı yeni detallar üzə çıxıb.

Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Belə ki, istintaq araşdırmaları nəticəsində 4 il əvvəl törədilmiş qalmaqallı bir qətllə bağlı yeni dəlillər aşkarlanıb.

Qeyd edilir ki, 4 il ərzində araşdırmalar aparılıb və 2017-ci ildə İstanbulda törədilmiş bir cinayətlə əlaqədar qaldırılmış istintaq işində Sedat Pekerin rəhbərlik etdiyi cinayətkar qrupa bağlı olduğu iddia edilən 13 şübhəlidən 10-u həbs olunub.

"Anadolu Baş Prokurorluğu 2017-ci ildə Çekmeköyde Cahit Çetinin öldürülməsi ilə əlaqədar aparılan istintaq çərçivəsində 13 şübhəli haqqında həbs qərarı çıxardı. İstanbul Əmniyyət Müdirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları, eyni vaxtda İstanbul, Aydın, Düzce və Yalovada apardığı əməliyyatlar zamanı Pekerle bağlılığı olan və qətllə əlaqəli olduğu müəyyənləşdirilmiş vəkil A.S.-nin də daxil olduğu 10 şübhəlini saxlayıb.

Şübhəlilərlə bağlı polis bölməsində araşdırmalar aparılır və 3 nəfərin tutulması üçün tədbirlərin görüldüyü bildirilir”, - deyə məqalədə yazılıb.

Qeyd edək ki, 2017-ci il avqustun 31-də Çekmeköyde silahlı hücuma məruz qalan Cahit Çetinin ölüm işi ilə əlaqədar 4 nəfər həbs olunmuşdu.

Xatırladaq ki, artıq bir müddətdir Sedat Pekerin adı Türkiyədə əsas müzakirə mövzusuna çevrilib. Mütəşəkkil cinayətkar qrup yararmaqda təqsirləndirilən və ölkəni tərk edən bu şəxsə qarşı artan maraq onun İnternetə yerləşdirdiyi videoları ilə izah olunur. Sedat Pekerin Dubayda olduğu deyilir. Əvvəllər isə, Türkiyədə bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunub.