SON DƏQİQƏ:

Gözəlliyi və istedadı  ilə seçilən ilk qadın resissor: Gülcahan Güləhmədova-Martınova

  28329   |  
Şriftin ölçüsü  

Azərbaycanın ilk peşəkar qadın teatr və televiziya rejissoru rejissoru, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, professor Gülcahan Güləhmədova – Martınovanın doğum günüdür.

 

Adalet.az xəbər verir ki, Gülcahan Güləhmədova-Martınova 1925-ci il iyunun 23-də Bakı şəhərində anadan olub. 30 il ərzində Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olan Gülcahan xanımın tələbələri arasında" Qran-pri" laureatı, La Skala teatrının solisti, çoxsaylı musabiqələrin laureatları və diplomantları, Xalq və Əməkdar artistləri, Respublika və xarici opera teatrlarının (Almaniya, Türkiyə, Misir, Fransa, Boliviya) solistləri var.

Onun tərəfindən 70-dən çox əsər tamaşaya qoyulmuşdur: Şekspir, Şiller, Rostan, Fr. Saqan, İ. Əfəndiyev, M. İbrahimov, Verdi, Çaykovski, Bize, Motsart, Çimaroza, Hacıbəyov, Əmirov, Rimski-Korsakov.

 

Şəxsi həyatı

18 yaşında ilk baxışdan sevgi və bir aydan sonra yaraşıqlı-leytenant, dəniz məktəbinin məzunu Sergey Martınov ilə toy. Yeni evlilər anasının evinə sığınaraq, sonra kiçik otaqlarda və zirzəmilərdə yaşayaraq, yarıac yaşasalar da o, həmişə eyni sözü təkrar edirdi: "xoşbəxtlik". "Səkkiz ildən sonra, mənə teatrdan yataqxanada ev verdilər - iki otaqlı "xruşovka", iyirmi doqquz yarım kvadrat metr, altı mərtəbəli binanın altıncı mərtəbəsində ... Liftsiz... Biz müharibə əlili olan həyat yoldaşım ilə mənzilə girdik və üç gün oradan çıxmadıq... (Qorxurduq ki, zəbt edərlər)... Üzərimizə şinel örtərək yerdə yatırdıq... Bu xoşbəxtlik idi...". Onlar birlikdə 61 il yaşadılar "və bilirsiniz, son sözləri məndən nigaran qalması idi…”

O, sadəlövh, çalışqan və enerji dolu biri idi. O, başqalarının əllərini üzdüyü yerdə işıq görürdü...

O, 2018-ci ilin 20 yanvar tarixində xəstəlik nəticəsində, 92 yaşında bu dünyanı tərk etdi. Amma insan yaşayır! Dəqiq desək, onu xatırlayılarsa - yaşayır.


 

Qeyd edək ki, 1987-ci ildə efirə gedən "Sən həmişə mənimləsən" televiziya tamaşasının ssenari müəllifi İlyas Əfəndiyev və Gülcahan Güləhmədova-Martınovadır. Quruluşçu rejissor Gülcahan Güləhmədova-Martınova, quruluşçu operator Eldar Məmmədovdur.Tamaşada Həsənzadə obrazını Xalq artisti Rasim Balayev, Nargilə surətini Məlahət Abbasova canlandırıb.

Əntiqə Rəşid


 

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK