SON DƏQİQƏ:

Rusiya Hesablama Palatasına azərbaycanlı audit gətirilir

  17790   |  
Şriftin ölçüsü  

Rusiya Prezidenti Vladimir Putin senator Sergey Məmmədov və “Strateji Araşdırmalar Mərkəzi” Fondunun vitse-prezidenti Natalya Trunovanın Hesablama Palatasının auditorları vəzifəsinə namizədliyini irəli sürüb.

“RİA Novosti”nin xəbərinə görə, bu barədə Prezidentin Federasiya Şurasındakı səlahiyyətli nümayəndəsi Artur Muravyov bildirib.

Qeyd edək ki,  Sergey Məmmədov əfsanəvi azərbaycanlı jurnalist, 1962-1985-ci illərdə SSRİ Dövlət televiziya və radio yayımları komitəsi sədrinin birinci müavini vəzifəsini tutmuş Ənvər Məmmədovun nəvəsi, məşhur SSRİ və Rusiya diplomatı, 1997-2003-cü illərdə Rusiya xarici işlər nazirinin müavini olmuş Georgi Məmmədovun oğludur. Sergey Məmmədovun özü 2011-ci ildən Rusiya Federasiya Şurasının üzvüdür.

Güman edilir ki, Məmmədov Hesablama Palatasının auditoru vəzifəsində səlahiyyətlərini may ayında bitirmiş Tatyana Blinovanı, Trunova isə Mixail Meni əvəz edəcək.

Profil Komitəsi hər iki namizədi dəstəkləyib və Federasiya Şurasına bu məsələyə iyunun 23-də keçiriləcək plenar iclasda baxılmasını təklif edib.

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK