adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Iyun 2021 17:06
23041
MƏMLƏKƏT
A- A+

Standartlara cavab verməyən avtomobil sürücülərinin DİQQƏTİNƏ

Cəlilabadda atmosferi çirkləndirən nəqliyyat vasitələri aşkarlanıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. 

Bildirilib ki, respublika ərazisində keçirilən “Təmiz hava” aylığı çərçivəsində Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayonda nəqliyyatın sıx olduğu yerlərdə nəzarət-profilaktiki tədbirlər təşkil olunub.

Əsas məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınması olub. Bu barədə sürücülərlə bir daha izahat işləri aparılıb və diqqətə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrini istismar etməlidirlər.

Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.