SON DƏQİQƏ:

Bəzi məsələlərə dar çərçivədən baxırıq - Səxavət Məmməd yazır

  16882   |  
Şriftin ölçüsü  

Saxlanılan 15 erməni təhvil verilib. Çox maraqlıdır ki, prosesdə Rusiya iştirak etməyib. Vasitəçi, üçtərəfli bəyanata qarant olan ölkə, ofsaytda qalıb. Rusiya saxlanılan erməniləri diqtə ilə almaq istəyirdi. Rüstəm Muradovun təyyarəsi geri boş qayıtmışdı. Hətta hava limanında erməni KİV-ləri və saxlanılanların yaxınları Rüstəm Muradovu əli dolu gözləyirdi.

Hətta bir neçə ay öncə, saxlanılan ermənilərin seçkiyə az müddət qalmış, geri veriləcəyini yazmışdım. Çünki Azərbaycan tərəfinin maraqlarına nə qədər məzələnsək də, lağ obyektinə çevirsək də, Paşinyan tam uyğundur. Minalanmış ərazilərin xəritəsini boş verin. Onsuzda xəritə olsa belə, hər yer axtarılmalıdır. Əsas məsələ Azərbaycanın kimə "stavka" etməsidir. Saxlanılanların bir hissəsinin geri qaytarılması sıradan bir şey deyil. Bir də ona, ermənilərin gözü ilə baxaq.

Bəzi məsələlərə dar çərçivədən baxırıq. Əslində baş verənlər, qlobal layihənin kiçik ancaq kilid parçasıdır. Bununla bağlı bir araşdırma yazıram, beynimdəkinin böyük hissəsini bitirmişəm. Yaxın günlərdə yayımlanacaq.

Ağdamdakı minaların sayına görə deyilər ki, ona görə ordan hücum olmayıb. Yalan və məntiqsizdir. Hücuma sep şəklində keçmirlər. Öncə keçid açılır, ardınca hərəkət başlayır. Ən əsası Ağdamdan hücum edəcək şəxsdə ağıldan başqa hər şey axtarın. Bir də, Ağdamın hər yerində mina var? Bir neçə min hektar əkilib, yüz hektarlarla bağlar var. Hamısı qarış-qarış gəzilib.

Bu hadisədə mənə görə ən önəmli məsələ Rusiyasız çözümdür. Rusiya ABŞ-ın bu gedişinə qarşı ən azı bir dəfə elə şərait yaradacaq ki, erməni silahlıları ya döyüləcək, ya da daha ağır bir zərbə alacaq.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK