adalet.az header logo
  • Bakı -°C
19 Avqust 2026 16:52
62
HADİSƏ
A- A+

İki gün əvvəl meyiti tapılmışdı - Aparıcının anası imiş

Aparıcı Kamilə Babayevaya ağır itki üz verib.

Adalet.az Lent.az-a istinadən xəbər verir ki, aparıcının anası Münəvvər xanım vəfat edib.

Onun meyiti yaşadığı evdə aşkarlanıb. Hadisə avqustun 17-də baş verib, təfərrüat isə bu gün məlum olub.

Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 77 yaşlı Babayeva Münəvvər Yəhya qızı yaşadığı evdə, bağlı qapı arxasında ölü halda aşkarlanıb. Onun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.