adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
10 Iyun 2021 16:53
27547
İDMAN
A- A+

YAŞAT uşaqlara AVRO-2020-nin biletlərini hədiyyə etdi

AFFA “Avro-2020”nin Bakıda keçiriləcək oyunları ilə bağlı korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun sindromlu uşaqların reabilitasiya mərkəzi, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İctimai Birliyi, "YAŞAT" Fondu, LU-MUN şirkəti, Qadın və Uşaq Sığınacağı, COVID-19 pandemiyası dövründə fəaliyyət göstərən tibb işçiləri (onların övladları) üçün biletlərin ayrılması barədə qərar qəbul edib.

Adalet.az AFFA-ya istinadən xəbər verir ki, iyunun 12-də keçiriləcək Uels–İsveçrə oyunu üçün ayrılmış biletlər iyunun 10-da Bakı Olimpiya Stadionunda AFFA-nın nümayəndəsi tərəfindən həmin qurumlara bu və ya digər şəkildə aidiyyəti olan uşaqlara, eləcə də onları müşayiət edən şəxslərə təqdim olunub.

Qeyd edək ki, bu təşəbbüsün hədəf qrupu uşaqlardır.