02 Iyul 2025 12:24
124
DÜNYA

“İranın nüvə obyektlərinə ciddi ziyan dəyib”

“ABŞ-nin zərbələri nəticəsində İranın nüvə obyektlərinə ciddi ziyan dəyib”.

Adalet.az TASS-a istinadən xəbər verir ki, bu sözləri İran XİN rəhbəri Abbas Araqçı deyib.

“Hazırda bildiyimiz odur ki, obyektlər ciddi və geniş şəkildə zədələnib. İranın Atom Enerjisi Təşkilatı hazırda qiymətləndirmə və təhlillər aparır. Hesabat hökumətə təqdim olunacaq. Zərərin miqyası barədə hələlik dəqiq məlumat yoxdur. Biz qiymətləndirmələri gözləməliyik. Nüvə obyektlərini yenidən işə salmaq mümkün olacaqmı və onlar işə salınacaqmı? Bunu zaman göstərəcək.

Onu da qeyd edim ki, dini hökmlərə və İslam İnqilabının ali rəhbəri Ayətullah Əli Xamenei tərəfindən verilən fətvaya əsasən, nüvə silahının İranın müdafiə doktrinində yeri yoxdur və o, dini baxımdan qadağandır”, - XİN rəhbəri qeyd edib.