adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Iyun 2021 16:15
25013
SİYASƏT
A- A+

Ərdoğanın Şuşaya addımı İrəvanın kimin qucağına oturmasını həll edəcək

Ərdoğanın Şuşaya planlaşdırılacaq səfəri dörd  mərkəzdə böyük rezonansla müşayiət edilir.

- İrəvanda
- Moskvada
- Vaşinqtonda
- Tehranda

Əsas sual budur:

Moskvanın da müttəfiqi olan Ərdoğanın Şuşaya səfər etməsi kimə və nəyə lazımdır?

Axı bütün bu dörd mərkəzin dördü də qıcıqlanır və regionda başlayan proseslərdə Bakını təkləmək istəyənlərin planları alınmır.

İki vacib nüans:

Ərdoğan Qarabağa (ad simvolikası) gəlir;

Ərdoğan Qarabağa Brüssel görüşlərini tamamlayıb, gələcək.

Birincinin şifrəsi odur ki, Qarabağ artıq Türkiyənin nüfuz sahəsidir və burdadır.

Deməli, ikilinin tandemi burda rus sülhməramlılarının gecikdirdiyi 10 noyabr razılaşmasının da türk üsuli icrası üçün ideal zəmin hazırlayıb.

İkincisi, Türkiyə Rusiyanı bu prosesdə zəif bənd kimi haqlayıb və Byden - Putin görüşü fonunda özünün əsl gücünü Qarabağda ortaya qoyacaq.

Brüssel proqramında isə Türkiyənin PKK, NATO, Qarabağ, S-400  kimi ciddi məsələləri müzakirə ediləcək və Ərdoğan  Baydenlə Qarabağa görüşün nəticəsini indidən hazırlayır.

Üstəgəl, Türkiyə prezidenti Qarabağa dair Byden -Putin görüşünün də nəticəsini özü masada müəyyən edən əsas fiqur kimi önə çıxır.
Üçüncüsü, Ərdoğan dünyanın taleyinin həll edildiyi Avropa raundunda Əliyevin də nümayəndəsi kimi çıxış edir və meydanda 80 milyonluq yox, 90 milyonluq Aze- Türkiyə təmsilçiliyi meydana çıxır.

İrəvanda isə tezislər: "Sultan Qarabağa mülkü kimi baxır" üzərindən tirajlanır.
Hədəf:

Osmanlı adı bütün tərəflərə -  Rusiyaya, İrana və Er-na, o cümlədən, Yaxın Şərqin, Aralıq dənizinin söz sahibi olan Avroatlantik baxışa mesaj verməkdir.

Türkiyə Azərbaycanda:
Silah ixracını təmin edir;
Qurucluqda iştirak edir;
NATO üsulunda ordu qurur;

Bu arada Ermənistanın yalançı qışqır - bağırına tacik prezident KTMT sədri kimi cavab verdi ki, müəyyən addımlar atmağa hazırlaşır.

Sünikə KTMT ordusu yerləşdirilə bilər.

Bunun da əsas səbəbi tacik - qırğız müharibəsində Türkiyənin qırğızlara TB pua-ları təklifi imiş.

Azadlığı öz əlində olmayan Düşənbənin İrəvan aşkı da burdan qaynaqlanırmış.

Üçüncü bir məsələ:

Türkiyə - ABŞ əlaqələrindən ortaya çıxan nəticəyə görə, Türkiyə Çin və Rusiya arasında əsas yumşaq gücdür və Byden deyir ki,

Türkiyə bizim müttəfiqimiz, gücümüz, maraqlarımızın müdafiəçisidir.

Bax, belə bir havada Brüssel görüşləri başlayır ki, ardınca da Qarabağa səfər reallaşdırılacaq.

Bir də heç kəsin demədiyi ciddi məsələ də var:

Türkiyə Azərbaycanla yola çıxdı, seçimimiz bəllidir.

Ərdoğanın Şuşaya addımı İrəvanın kimin qucağına oturmasını həll edəcək.

Ya Vaşinqton-Paris, ya da Moskva...

Əks halda, 20 iyunda baş tutacaq seçkilər boş, mənasız, komediya və tamaşadır.

Əziz Əlibəyli
BM üzrə şərhçi