28 Oktyabr 2025 18:02
82
GÜNDƏM

"Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır" - Dövlət başçısı

Bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır.

Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə söyləyib.

Dövlət başçısı qeyd edib: "Artıq 50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır, təhsil alır. Onlardan təqribən 20 mini keçmiş köçkünlərdir ki, öz vətəninə, doğma torpağına qayıdıblar. Qalanlar isə müxtəlif işlərdə işləyən vətəndaşlardır".

Prezident bildirib ki, bugünkü reallıq, bugünkü gün, o cümlədən ədalətin təntənəsidir. Ədalətə inanmaq və onu təmin etmək lazım olduğunu söyləyən dövlət başçısı vurğulayıb:

“Bax, bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib. Bu torpaqların sahibləri bizik. Düşməni öz torpaqlarımızdan qovmuşuq və bu gün gözəl həyat qururuq”.