28 Oktyabr 2025 16:37
88
DÜNYA

Üçtərəfli görüş üçün şərtlərini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və Belarus istisna olmaqla, prezidentlər Vladimir Putin və Donald Trampla üçtərəfli görüşə hazır olduğunu açıqlayıb.

Adalet.az xəbər verir ki, bu barədə xarici KİV yazıb. 

O, aydınlıq gətirib ki, əgər bu hadisə Ukraynaya sülh gətirərsə, Macarıstanda görüşməyə hazırdır: "Əgər üçtərəfli görüş müharibəyə son qoymaqla bağlıdırsa, onda harada olmağından asılı olmayaraq, biz hazırıq. Hər halda, əlbəttə ki, Rusiya Federasiyasında və Belarusda yox".