adalet.az header logo
  • Bakı 20°C
09 Iyun 2021 11:05
37697
ŞOU-BİZNES
A- A+

Könül Kərimova rəqqasəni əsəbləşdirdi: "Müğənnilər öz işləri ilə məşğul olsun"

Rəqqasə Fatimə Fətəliyeva qalmaqalları ilə yaddaşlarda qalan şou- biznes nümayəndələrindən biridir. O, rəqqasə Oksana Rəsulova, müğənni Xatun Əliyeva, Röya və digərləri ilə aralarında baş verən qalmaqal nəticəsində onlarla uzun müddət küsülülük də yaşayaıb.
 

Görünən odur ki, yeni bir qalmaqalın təməli artıq qoyulur.

Adalet.az xəbər verir ki, rəqqasə "ATV maqazin onlarla" proqramında Əməkdar artist Könül Kərimovanı tənqid edib.

Kərimovanın Rusiyada xına evi açması rəqqasə Fatimə Fətəliyevanı əsəbiləşdirib.

Fatimə bir müddət əvvəl İnstaqramda canlı yayımda olarkən Kərimovaya söz atmış, "Müğənnilər öz işləri ilə məşğul olsun" sözünü demişdi.

Fatimə bu dəfə O, məsələ ilə bağlı müğənniyə zəng etdiyini gizlətməyib:

"Moskvada xınaya Könüllə birlikdə getdik. Bakıya gələn kimi gördüm xına evi açıb, paylaşıb. Zəng vurdum ki, bu nədi? Yollarımı niyə bağladın, axı mən istəyirdim davamı gəlsin. Qayıtdı ki, sənin üçün etdim. Deyəcəm mən oxuyum, Fatimə aparıcılıq etsin".

Qeyd edək ki, müğənni Könül Kərimova pandemiya səbəbindən müvəqqəti olaraq Rusiyaya köçən Əməkdar artist Könül Kərimova Moskvada biznes qurub. Bu barədə sənətçi instagram səhifəsində məlumat verib.

Müğənni Rusiya toy bazarına daxil olmaq üçün xına evi açıb. O, məclislərinin təşkilatçısı, aparıcısı və ifaçısı olacaq. Həmçinin Kərimova toyların dekorasiyası ilə məşğul olacağını bildirmişdi.

İfaçı paylaşımında ilk dəfə milli adət-ənənələri yaşadacaq bir biznes qurduğunu da qeyd etmişdi.

Əntiqə Rəşid