adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 May 2021 12:58
24361
GÜNDƏM
A- A+

Antiterror əməliyyatına hazırlıq barədə tapşırıqlar verildi

Azərbaycan Ordusunun təlimləri davam edir. Növbəti mərhələdə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, təlimlərdə anti-terror əməliyyatları ilə bağlı qərar, qoşunların döyüş tapşırıqları və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

Məruzələr dinlənildikdən sonra ehtiyatların və mərkəzi tabelikdə olan qoşunların anti-terror əməliyyatına bilavasitə hazırlığı, yenidən qruplaşmanın keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.