adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
17 May 2021 14:42
63192
ŞOU-BİZNES
A- A+

"Eurovision" başladı: Nigarın “Samirə” proqnozu düz çıxacaqmı?

Bildiyiniz kimi ötən gün "Eurovision" mahnı müsabiqəsinin açılış mərasimi keçirilib.

Yarışmada ölkəsini təmsil edən iştirakçılar xalçadan keçiblər.

Adalet.az xəbər verir ki, onlar arasında Azərbaycanı təmsil edən Samirə Əfəndi də yer alıb. Samirənin saç və makiyajını məşhur stilist Anar Ağakişiyev edib. İfaçı Rüfət İsmayılın kolleksiyasından olan çəhrayı libas seçib.

Yarımfinal mayın 18 və 20-də, final isə 22-də keçiriləcək. Samirə Əfəndi ölkəmizi "Mata Hari" mahnısı ilə təmsil edəcək. Təmsilçimiz birinci yarımfinalda səhnəyə çıxacaq.

Bunu da deməyi özümüzə borc bilirik ki, müğənni Nigar Camal Azərbaycanı "Eurovision 2021"də təmsil edən Samirə Əfəndini tənqid edib.

Nigar bu haqda qonaq olduğu "10-da görüşək" proqramında danışıb və Samirənin ifası haqda fikirlərini bölüşüb:

"Özüm "Eurovision"a gedib-gələn biri kimi bilirəm, hansı yerdə olacaq. İlk beşlikdə yer almayacaq".

Modelyer Rüfət İsmayılın Samirə üçün hazırladığı paltardan söz açan Nigar "Mən olsaydım geyinməzdim. Mənim bədənimə belə bir paltar yaraşmazdı. Gözəl qızdır, çox incədir" deyə, əlavə edib.

Qeyd edək ki, Rotterdamda baş tutan tədbirə 39 ölkədən 34 iştirakçı qatılıb.

SON: Baxaq görək, Nigar Camalın öncəgörməsi düz çıxacaqmı?

Əntiqə Rəşid