SON DƏQİQƏ:

“Maşa”dan İstifadə qaydaları: Makronun əvvəl Qarabağ, sonra isə Zəngəzur canfəşanlığının əsl səbəbi

  97037   |  
Şriftin ölçüsü  

Artıq nəinki, sosial şəbəkə istifadəçiləri, eləcə də, bütün dünya bilir ki, Ermənistanın qatı müdafiəçisi Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağ və onun ətrafında olan torpaqlarımızı işğaldan azad ediləməsinə sərt reaksiya göstərməkdə davam edir. Bu tək indi belə deyil!  Hər zaman haqsız və bir tərəfli mövqeyi bütün Fransa dövlət başçılarından dəfələrlə görmüşük.


“Maşa”dan istifadə qaydaları

 

Ötən gün isə “tarix” yenidən təkrar olub, Fransa prezidenti yenidən Ermənistana dəstəyini nümayiş etdirib.

Belə ki , sosial şəbəkə hesabında İrəvanın “Azərbaycan sərhədlərimizi pozur” çağırışına reaksiya verib, Makron “Azərbaycan əsgərləri dərhal Ermənistanın sərhəddindən çəkilməlidir” -, deyə öz paylaşımında qeyd edib.

Makron həmçinin erməni dilindəki digər paylaşımında “Erməni xalqına bir daha deyirəm, Fransa həmrəydir və belə də qalacaq” cümləsini əlavə edib.

 

 

Əlbəttə bu mövzu ilə bağlı çağırış fransız oxucular tərəfindən tənqidlə qarşılanıb.

Fransanın “Fiqaro” nəşrində dərc olunan məqaləyə çoxsaylı şərhlərində oxucular Makronu öz ölkəsinin işləri ilə məşğul olmağa çağrıblar.

“Beynəlxalq arenaya çıxmaq üçün əvvəlcə öz ölkəndə inam qazanmalısan, yoxsa bu, beynəlxalq ictimaiyyətin gülüşünə səbəb olur”, – oxucular yazıb.

“Fiqaro”nun tirajladığı oxucu reaksiyalarından bir neçəsi:

-“Fransa olduqca uzaqdır. Makron Ermənistanı müdafiə etməsi üçün Rusiyadan xahiş etməlidir”.

-“Əgər insan öz ölkəsinin sakinlərinin təhlükəsizliyini təmin edə bilmirsə, o, başqa ölkələrin işlərinə qarışmamalıdır. Bu, həqiqətən qeyri-etik görünür”.

-“Makron şəhərətrafı rayonlarda narkotacirlərlə bacara bilmir, amma Azərbaycan xalqına ağıl öyrədir”.

Deyə bilmərik ki, Makron mütailəsizdir və yaxud siyasətdən Qarabağ gerçəklərindən xəbərsizdi. Amma onun bu məsələdə qərəzi o qədərdir ki, ədaləti və beynəlxalq aləmin tanıdığı “Qarabağ Azərbaycan ərazisidir” tezisini görmür. Əslində isə o tarixə bir də nəzər salmalı , heç olmazsa tək bircə dəfə, Azərbaycan və yaxud Ermənistan tarixinə deyil, öz mətbuatına baxmalıdır. Baxsaydı o da görərdi ki, Zəngəzurun ermənilərə verilməsi Fransanın paytaxtı Parisdə nəşr olunan “L’Œuvre” qəzetinin 1920-ci il 14 iyul tarixli nömrəsində də yer alıb.

Qəzetin 1920-cil il 14 iyul buraxılışındakı“Ruslarla ermənilər arasında razılaşma” başlıqlı məqalədə Azərbaycana məxsus bu ərazinin adı da Sünik yox, məhz Zəngəzur kimi qeyd edilib. Bildirilib ki, azərbaycanlılar Zəngəzur bölgəsinin ermənilərə verilməsinə qarşı çıxıb və silaha sarılıblar:

“1920-ci il iyulun 1-də Sovet Rusiyasının Ermənistanla əldə etdiyi razılaşmaya əsasən, Azərbaycanın Zəngəzur bölgəsi ermənilərə verilib, bununla razılaşmayan yerli əhali olan tatarlar (azərbaycanlılar) isə ermənilərlə döyüşməkdə davam edirlər”,- deyə yazıda qeyd edilib.

 

 

Erməninin “ayağı sürüşkən”liyi – Hamı istəyir...

 

Sentyabrın 30-da Fransa prezidenti Emmanuel Makron Latviyaya səfəri çərçivəsində baş tutan mətbuat konfransı zamanı çıxış edərək Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son hadisələrə toxunaraq Azərbaycan tərəfini sərt şəkildə tənqid etmişdi. Fransa prezidenti eləcə də Türkiyə tərəfini işğal olunmuş Azərbaycan torpaqlarının Azərbaycan tərəfindən “yenidən zəbt edilməsində” iştirak etdiyi üçün ittiham etmişdi və Ermənistana öz dəstəyini bildirmişdi.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransanın prezidenti kimi E.Makronun bu cür çıxışı obyektiv sayılmamaqla yanaşı bu, Fransa prezidentinin ilk dəstəyi olmayıb.

2001-ci ildən Fransanın qondarma “erməni soyqırımı”nı tanıması ilə bərabər məhz E.Makronun 10 aprel 2019-cu il tarixli qərarına əsasən 24 aprel ölkədə qondarma “erməni soyqırımının anım günü” elan edilib.

Əslində belə- ikiüzlü münasibətin kökündə türk düşmənçiliyi dayandığının hər kəs fərqindədir. Erməni xislətinin iyrəncliyindən bir çox ölkələr “maşa ” kimi istifadə edir və bu “maşa” niyə də Fransanın da əlində olmasın...?

Yəqin ki, tarixi faktları unutmamısınız...Ermənilərin “maşa” olmaq, qırğın salmaq, satqınlıq, xainlik etmək, yediyi qaba tüpürmək xisləti Osmanlı imperiyasının qürub çağında da üzə çıxdı.Qərb ölkələrinin, xüsusən Fransa, Böyük Britaniya, ABŞ kimi ölkələrin şirin vədlər verib qızışdırdığı və silahlandırdığı ermənilərOsmanlı imperiyasına qarşı daxildə lokal müharibələrə başladılar. O biri tərəfdən isə çar Rusiyası ermənilərin köməyi ilə Osmanlını içəridən çökdürmək istəyirdi…Bax, onda erməni özünü “təsdiq etdi”.

Həmkarım - jurnalist Elbəyi Həsənlinin araşdırmasına görəNapoleon 1778-1799-cu illərdə o vaxt Osmanlı imperiyasının bir parçası olan Fələstin və Suriyada yaşayan katolik erməniləri Osmanlı imperiyasına qarşı qaldırmağa çalışıb:” Bu məsələ ilə bağlı imperator Fransanın İstanbuldakı səfəri general Horace François Bastien Sébastiani de la Porta məktub yazıb. “Armenian claims and historical facts” kitabında bu məqam xüsusi ilə vurğulanır. Həmin kitabda Roma tarixçisi Tacitusun aşağıdakı fikrinə də vurğu edilir: “Ermənilər Roma və Persiya imperiyaları ilə bağlı mövqelərini tez-tez dəyişirlər. Gah Roma, gah da Persiya imperiyasına dəstək verirlər”. Roma tarixçisi bu dəyişkənliyi “ermənilərin qəribə xalq” olması ilə izah edir.Emmanuel MakronNapoleonun siyasi xəttnii tutub gedir. Rusiya isə İstanbulu zəbt etmək xəyalı ilə yaşayan I Pyotrun vəsiyyətnaməsi üzrə hərəkət edir. Vladimir Putin YouTube-da yayılan çıxışlarının birində I Pyotrun ermənilərlə bağlı vəsiyyətindən danışır. O deyir ki, Rusiya I Pyotrun vəsiyyətinə əməl edir”.

 

Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK