adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 May 2021 11:33
23622
MƏMLƏKƏT
A- A+

Xocavənddə silah-sursat aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə müvafiq tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində keçirilən növbəti tədbirlər zamanı düşmənin tərk etdiyi hərbi mövqelərdən 4 ədəd müxtəlif çaplı pulemyot, 1 ədəd tank əleyhinə qumbaraatan, 5 ədəd əl qumbarası, 17 ədəd avtomat darağı və 600 ədəd müxtəli çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.