adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 May 2021 13:16
29412
ELM VƏ TƏHSİL
A- A+

I sinfə şagird qəbulu müvəqqəti dayandırılır

Birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) bayram günlərində fəaliyyətini müvəqqəti dayandıracaq.

Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, portal 8 may 18:00-dan 16 may saat 09:00-dək aktiv olmayacaq.

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.