adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Aprel 2021 13:49
22536
MƏMLƏKƏT
A- A+

Xalid Kazımlı: Biz zatən, yola yaxınıq

Bu günlərdə burada tez-tez qarşıma "biz ermənilərə nifrət etməməliyik" kimi statuslar və şərhlər çıxır... Adamn yadına bir köhnə lətifə düşür: Çay qırağında oturmuş iki çoban görür ki, su ilə iki motal axır. İkisi də özünü atır çaya, biri motalı tutub sahilə çıxarır. O birinin şikarı motal yox, ayı olur, birlikdə çay aşağı axırlar. Sahildəki çoban görür ki, həmkarı axıb gedir, qışqırır ki, motalı burax, sahilə üz, motalı burax! O biri də cavab verir ki, mən motalı buraxmışam e, motal məni buraxmır..

İndi o çobanıın sözü olmasın, biz onları buraxmışıq... Bizim erməniyə nifrətimiz müvəqqətidir e, əsas odur ki, ermənilərin bizə nifrəti əbədidir. Hətta üstünlük onlarda olanda da bizə nifrət edirdilər, özü də kütləvi şəkildə. Birinci onlar düz yola gəlməlidirlər, biz zatən, yola yaxınıq