SON DƏQİQƏ:

Müdafiə Nazirliyinin ərzaq təminatında təkmilləşdirmə - VİDEO

  14132   |  
Şriftin ölçüsü  

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan ordusunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi, maddi-texniki təminatının və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir.

Müdafiə Nazirliyindən bildirilib ki, tədbirlər çərçivəsində mərkəzi ərzaq anbarının bölgələrdə yerləşən bir bölməsində yenidənqurma işləri görülüb. Burada ərzaq məhsullarının qəbulu, saxlanılması və qoşunlara paylanılması üçün lazımi şərait yaradılıb.

Tez xarab olan ərzaqların saxlanması üçün 200 tonluq soyuducu kamera, quru ərzaqların saxlanması üçün ümumi tutumu 1 000 ton olan saxlanc, kartof və tərəvəzlərin saxlanması üçün isə ümumi tutumu 200 tonluq saxlanc və toxunulmaz ehtiyat ərzağının saxlanması üçün 140 ton tutumu olan saxlanc binası mövcuddur.

Bundan əlavə ərazidə quru ərzaqların saxlanması üçün soyutma sistemi ilə təchiz edilmiş 500 tonluq saxlanc binası və tez xarab olan ərzaqların saxlanması üçün 200 tonluq saxlanc binası inşa edilib.

Hazırda bu istiqamətdə fəaliyyətlər davam etdirilir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 18, 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK