adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Aprel 2021 11:35
27691
GÜNDƏM
A- A+

Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) nümayəndə heyətinin Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, səfərdə Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edirlər.

Xatırladaq ki, aprelin 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı keçirilib.