adalet.az header logo
  • Bakı 7°C
10 Aprel 2021 09:51
31778
DÜNYA
A- A+

Dünyada ötən sutka koronavirusa 718 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 718 mindən çox artıb.

Adalet.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 718 659 nəfər yeni koronavirusa yoluxub, 12 639 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 132 730 691, ölənlərin isə 2 880 726 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.