SON DƏQİQƏ:

Xatirə İslamın toylarla bağlı qalmaqallı iddiasına polisdən AÇIQLAMA

  15018   |  
Şriftin ölçüsü  

Daxili İşlər Nazirliyindən tanınmış müğənni Xatirə İslamın toyların gizli keçirilməsi iddiasına açıqlama verilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov BAKU.WS-ə açıqlamasında bildirib ki, bununla bağlı nazirlikdə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.

“Bu cür halların qarşısının alınması ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti gündəlik olaraq məlumatlar yayır. Belə cəhdlərin - toy, şənlik keçirmək, yas mərasimi təşkil etmək cəhdlərinin qarşısı mütəmadi olaraq polis əməkdaşları tərəfindən alınır”, - deyə Ehsan Zahidov bildirib.

Qeyd edək ki, Xatirə İslam sosial şəbəkə hesabında Azərbaycanda gün ərzində 500-dən çox gizli toy keçirildiyini yazıb:

“Bu gizli toylar nə qədər davam edəcək? Buna ya icazə verilməli, ya da qarşısı alınmalıdır. Hər kəsdən xahiş edirəm ki, toylara tam icazə verilmədən məni heç bir dostum, tanışım, yaxınım, hətta toyumuza gələnlər belə öz gizli keçirdikləri toylarına dəvət etməsinlər.
Mən qayda-qanun adamıyam. Getdiyim məclisdə rahat olmalıyam. Məni düz başa düşün”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-10
2021-04-09

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK