SON DƏQİQƏ:

 "Xəyal etmək ziyan deyil, amma faydası da yoxdur- Rüstəm Mirzəyev yazır

  29728   |  
Şriftin ölçüsü  

Cəmiyyətimizin düşüncəsinin feodal olduğuna heç vaxt şübhəm olmayıb. Son hadisə isə, bu fikrimin doğruluğunu bir daha isbat etdi. Xüsusən, bu əksər vətəndaşlarımızın adekvat düşüncə sahibi olduqlarına şübhə yaradır. Əslində cəmiyyətdə problemlərin mövcudluğu və onların açıq müzakirəsi tam təbii bir haldır. Əlbəttə, söhbət aktual problemlərdən gedirsə. Bunları müzakirə etmək ən azından sağlam tendensiya deməkdir. Lakin, gündəmin ən vacib mövzusu... toy mərasimlərinin keçirilməsinə qoyulmuş qadağa olanda, bu sağlam düşüncəli insanda ən azından təəssüf hissi doğurmaya bilməz. Toy, ilk növbədə, – əks cinsdən olan iki insanın ittifaqıdır (Allaha şükür yekcins nikahlar bizdə hələ ki dəbdə deyil). Yəni, bu yeni ailənin və ya sovet dövründə deyildiyi kimi, cəmiyyətin özəyinin təməlinin qoyulması mərasimidir. Yoxsa şöhrətpərəstlik yarmarkası, keçmişin eybəcər adətlətinin nümayişi və ya sərmayə biznes layihəsi deyil. Azərbaycan toylarının mənfi tərəflərini burada sadalamayacağam – bu ayrı bir söhbətin mövzusudur. Amma əksəriyyətimizin bu problemə olan münasibətindən də susaraq yan keçmək olmaz. Həmin fərdlərin axmaqlıq, şöhrətpərəstlik, çürük təfəkkür dərəcələri heyrət doğurur. Az öncə müharibə yaşamış, indi isə, pandemiya və onun təbii nəticəsi olan iqtisadi böhranla mübarizədə çırpısan, bir sıra ciddi problemləri olan bir ölkədə toylara qoyulan qadağa əksər vətəndaşlarımız üçün az qala dünyanın sonu deməkdir. Və bunlar nəyə görədir? Çünki, toylarda bu fərdlər özlərini tam açıla, öz alçaq “eqo”larına təsəlli verə bilmirlər. Başqa sözlə, öz ən çirkin cəhətlərini nümayiş etmək imkanından məhrumdurlar, ağıllarını itirənədək yeyib-içə; az qala ağız-ağıza öpüşərək, bir-birlərinin arxasınca qeybət edə; zövqsüz musiqi, daha doğrusu, kakofonik sadomazoxizmi eşidə; şəhvətlərini güclə boğaraq, özgə qadınların gözəlliklərini seyr edə; şuluq sala, dalaşa və yaxud daha pis, sərxoş halda kimisə bıçaqlaya; sözün qısası, bütün öz neqativlərini çölə buraxa bilmirlər. Sırf başqalarının yanında özlərini göstərmək naminə, biz ödəyə bilmədiyimiz borclara giririk, zövqsüz geyinib-bəzənirik (xüsusilə xanımlar), mədəmizi zir-zibillə dolduraraq, sağlamlığımızı korlayırıq və s. Bir sözlə, bütün var-gücümüzlə özümüzü zahirən hamıdan üstün göstərməyə və ən yaxşısı ətrafdakılarda paxıllıq oyatmağa çalışırıq. Çünki, orta statistik azərbaycanlı üçün toy, nikah yeni ailənin təməlinin qoyulmasından daha çox öz mənəvi yoxsulluğunun nümayişetmə ritualıdır. Mənasız, mənəviyyatsız və hər baxımdan zərərli bir ritualdır. Axı məhdud qonaq sayı olan, ən yaxın adamlardan ibarət daha sadə bir toy mərasimi də keçirmək olar. Olsun lap ancaq bəy və gəlinin ailə üzvləri. Bunda pis, utanılacaq nə var ki? Düzdür, daha sadə, ancaq daha məzmunlu, şən və ən əsası israfçılıq və artıq əsəb olmayan bir məclis keçirmək olar. Axı toyun dəyəri onun cah-cəlallığında, yığılan toy pulunun məbləğində və əlbəttə ki, cehizdə deyil. Axı toyun əsl məzmunu tamamilə fərqlidir. Amma yox! Axı, elin adəti var!!! – vəhşi orta əsrlərin cahil adətlərinin mühafizləri mənə belə etiraz edə bilərlər. Bu cür düşünən və hərəkət edənləri, sözün əsl mənasında insan deyə adlandırmaq düzgün olmaz. Belələrini daha çox primitiv bir məxluq kimi müəyyən etmək olar. Bu məxluqlar öz qarınlarından o yana görə bilmirlər və buna görə onların karantin şəraitində normal olan qadağaya bu cür reaksiyaları heç də təəcüblü deyil. Dərd tək onda deyil ki, cəmiyyətdə başdan-ayağa bu cür çürük tiplərə rast gəlinir. Başlıca dərd odur ki, bu cəmiyyətin varlığının mənası, onun özünüifadəsi – toy-bayramdır. Daha doğrusu, hələ ki səhvən azərbaycan toyu adlandırılan o şabaş, o iyrənclikdir. Və nə qədər ki, biz bu fəlakətli stereotipi qıra bilmirik, yaxşılığa doğru ümid etmək mənasızdır. Qalır yalnız arzulamaq və xəyal etmək. Necə deyərlər, xəyal etmək ziyan deyil, amma faydası da yoxdur...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK