SON DƏQİQƏ:

İsraildə səslərin 90 faizi sayıldı: Netanyahunun partiyası qələbə qazanır

  20136   |  
Şriftin ölçüsü  

İsraildə keçirilən parlament seçkilərində baş nazir Benyamin Netanyahunun “Likud” Partiyası səslərin 90 faizinin sayılmasından sonra liderlik edir.

Bu barədə İsrailin “Kan” dövlət radiosu məlumat yayıb.

Lakin seçki nəticələrinə əsasən gələcək 24-cü çağırış Knessetdə (parlament) yerlərin bölüşdürülməsi səbəbilə dayanıqlı koalisiyanın və yeni hökumətin formalaşdırılması ehtimalı çox az görünür.

“Səslərin 90 faizinin sayılmasından sonra “Netanyahu tərəfdarları” düşərgəsi 59, “Netanyahu əleyhdarları” bloku isə 56 yer qazanır”, - deyə radiostansiya bildirib.

Qeyd olunur ki, hazırda Knessetdəki 120 yerdən 30-u “Likud”, 18-i isə ən yaxın rəqibi, müxalifət lideri Yair Lapidin “Eş atid” Partiyası tərəfindən qazanılıb. Cümə günü başa çatacaq səslərin sayılması prosesindən sonra da bu fərqin saxlanılması gözlənilir.

Bildirilir ki, istənilən halda 59 mandat dayanıqlı koalisiya formalaşdırmaq üçün kifayət etmir və ölkədə 2021-ci ilin payızında yenidən parlament seçkilərinin keçirilməsi ehtimalını yüksəldir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK