SÜLHMƏRAMLILARDAN TƏLƏB OLUNMALIDIR
Hazırda sülhməramlılar Ermənistanla Xankəndi arasındakı Laçın dəhlizini bağışlayıblar ermənilərə. Kim istəyir gəlir, kim istəyir gedir və bu da dəqiq bir məlumatdır ki, Ermənistan ordusunun əsgərləri sülhməramlıların müşayiəti ilə Xankəndinə yığışıb yeni bir ordu yaradırlar.
Biz isə Şuşaya Füzulidən Mədəniyyət Mərkəzimizə çəkilən və hələ tam hazır olmamış 101 kilometrlik yolla getməliyik. Amma dəfələrlə yazmışıq, yenə yazırıq, inşallah, Möhtərəm Prezidentimiz İlham Əliyev çıxışlarında bəyan edib ki, bu yol da açılacaq. Ağdamdan Xankəndinə 25 kilometr, Şuşaya isə 37 kilometrdir. Eləcə də Ağdamdan Ağdərə yolu ilə Kəlbəcərə hazır yolla gərək ki, 83 kilometrdi. Niyə biz bu yolla getmirik?
Sən orda sülhməramlısansa Azərbaycanın öz ərazisindən bizlərin istifadə eləməyi üçün canın çıxmalıdı, şərait yaratmalısan.
Möhtərəm Prezident sonuncu mətbuat konfransında vurğuladı ki, tezliklə həmin yollar da açılacaq və onu da vurğuladı ki, müəyyən məsələləri vaxtından əvvəl açıqlayıb xalqı sevindirmək istəmirəm.
Əslində açıqlamaq istədiyi də çox güman ki, tezliklə həmin yolların açılması və Qarabağdan olan məcburi köçkünlərin məlum bölgələrdə yerləşdirilməsidi.
İnşallah, bir az tələsməyək.