Mübariz Mənsimov azadlığa buraxıla bilər
Martın 5-də Palmali Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun azadlığa buraxılacağı gözlənilir.
Adalet.az axar.az-a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu azərbaycanlı iş adamının məhkəmə nəzarəti altında sərbəst buraxılmasını tələb edib.
Bildirilib ki, İstanbul prokurorluğu prosesi aparan 27-ci İstanbul Ağır Cəza Məhkəməsindən M.Mənsimovun Türkiyəni tərk etməmək şərti altında ev həbsinə buraxılmasını istəyib.
Qeyd edək ki, "Palmali" rəhbərinin növbəti məhkəməsi martın 5-ə təxirə salınmışdı.
Xatırladaq ki, M.Mənsimov 15 mart 2020-ci ildə FETÖ ilə işbirliyində ittiham olunaraq saxlanılıb və 17 martda barəsində həbs qərarı verilib. Sentyabrda onun həbs müddəti uzadılıb.
Digər Xəbərlər
25 Aprel 2024 10:57
Orduda komanda-qərargah təlimləri keçirilir - VİDEO
25 Aprel 2024 10:55Albert Aqarunovun doğum günüdür
24 Aprel 2024 15:36Hikmət Mirzəyevdən qisas almaq istəyən konqresmen KİMDİR...
24 Aprel 2024 15:21Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə danışdı
24 Aprel 2024 15:12