SON DƏQİQƏ:

"Silah yoldaşıma istiqamət verəndə "Faqotnan" vuruldum.." - MÜSAHİBƏ

  15060   |  
Şriftin ölçüsü  

Məmmədov Seymur Rafiq oğlu 30.10.1995-ci ildə Daşkəsən rayonunda anadan olub. Müharibədən əvvəl də 5 ildir ki, müddətdən artıq hərbi xidmətdə idi. İkinci Qarabağ savaşında qəhrəmanlıq göstərərək Qazi olmuşdur.

- Seymur, müharibə bitib, qələbə qazanmışıq. Bu döyüşdən qalib əsgər, qazi kimi ayrılmısınız. Necə hisslərdir?

- İzahı çətin olan, olunsa belə tam ifadə edilməyən qəribə sevincli, kədərli bir hisslər..

- Seymur bəy, hərbiçisiniz. Müddətdən artıq xidmət edirsiniz. Müharibədən əvvəl haralarda xidmət etmisiniz?

- ilk əvvəl Ağcabədi də. Sonra Gorana ezam olmuşam, ondan sonra da Beyləqanda xidmət etmişəm. Ən sonda da Gəncə şəhərinə gəlmişəm.

- Hansı ərazilərdə döyüşdünüz, haralarda oldunuz?

- Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak eləmişəm.

- Qubadlıda yaralandınız?

- Bəli, 19 oktyabr, Qubadlıda gedən döyüşlərdə.

- Yaralanma anını necə xatırlayırsız? Döyüş gedən zaman idi, yoxsa mövqedə olanda?

- Döyüş gedirdi, hücuma keçmişdik. Silah yoldaşıma istiqamət verəndə "Faqotnan" vuruldum.. Şok halında idi o. Qulağı, ağzı bağlanmışdı, danışa, eşidə bilmirdi. Gördüm, açıqlıqdadır, yanına qaçıb dartıb yerə uzatdım, o da sürünməyə başladı. Faqotu da həmin vaxtı atdılar, yanıma düşdü.

-  Özünüzdə idinizmi vurulanda? Təxliyyə həmin an oldu, ya neçə saat sonrasa?

- Özümdə olmağıma özümdə idim, amma həmin an sanitarın gəlib bizi çıxarmağı mümkün deyildi. Yolu vururdular. Sonradan təxliyə olundum.

- Yaranız necə idi vurulan an? Davam edə bildiniz döyüşə?

- Yox. Heç bir hərəkət edə bilmədim. Bədənim sıxılmışdı. Sağ ciyərim açıq idi, nəfəs alma çətinləşdi. Beldən aşağını hiss eləmirdim. İçalatıma zərbə dəymişdi ümumilikdə. Qaldım yerdə eləcə. Bir az keçəndən sonra zirehli maşınla çıxartdılar. Ağrım çox şiddətli idi. Üç ağrı kəsici belə təsir eləmədi..

- Girdiyiniz kəndlərin hara olduğunu bilirdinizmi heç? 30 il sonra döyüşçü kimi Qarabağ torpaqlarına ilk dəfə ayaq basmağın özü, döyüşdən əlavə bir həyəcan verər yəqin ki..

- Yox, açığı bilmirdim. Yəni, heç birimiz. Hərbi sirr kimi idi o. Sonradan bilirdik, eşidirdik ki, haranı azad etmişik, harda olmuşuq. Həyəcan isə təbii ki. Özü də, ən pik həyəcan. Gözümüzü qan elə bürümüşdü ki, biz torpaqdan daha çox həmin an onların bizə etdiklərinin, şəhidlərimizin qisasını almaq istəyirdik. Hər şey bundan sonra gəlirdi.

- Üzbəüz erməni öldürdüyünüz oldumu?

- Olub, bəli. Əslində, biz üzbəüz döyüşdə az olurduq, amma yenə də oldu, çox şükür. Şərəfsizlər bizi ancaq artilleriya ilə vururdular. Üzbəüz gələ bilmirdilər ki, heç. Qoyub qaçırdılar hamısı.

- Bəs, əsir necə, götürürdünüzmü?

- Hə, əlbəttə. Çox oldu əsir götürdüyümüz.

- Sosial şəbəkələrdə ermənilər tərəfindən yayılırdı ki, Azərbaycan əsgəri əsirə işgəncə verir, hətta bəzi kanallar ermənilərin bundan qorxmadığını deyirdi. Təbii, ortada olan faktlardan qorxduqları aydın idi. Əsirlərlə əsir kimi davranmaq çətin gəlmirdimi onların etdiklərindən sonra?

- Deyirlər dəə. Biz qayda-qanuna, müharibə qanunlarına uyurduq. Özümüz götürdüyümüz əsirləri aidiyyatı üzrə təhvil verirdik.

- Yanınızda şəhid olan oldumu? Mənə elə gəlir, müharibənin ən ağrılı tərəfi məhz buradır. Yaxın dostların, silah yoldaşların gözünün qarşısında can verir..

- Yox, mənim yanımda olmadı, amma ümumi şəhid olanlar bəsdi də... Yanında, ya başqa yerdə. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun..

- Heç vaxt yadınızdan çıxmayan hansı hadisəni deyə bilərsiniz?

- Bütün hadisələri, hər saniyə baş verənləri, öz başıma gələnləri, yaralanmağı, başqa yaralananları..
Biri yaralanmışdı. Biz 052-nin uşaqlarının yanında olmuşduq. Uşağımı gətirin, uşağımı gətirin deyirdi. Maraqlandım, yaralanmadan əvvəl xəbər veriblər ki, qızın olub. Görməyib hələ qızını. Sonra yenə maraqlananda vəziyyətinin ağır olduğunu dedilər. Başqa xəbər eşitməmək üçün maraqlanmadim sonra.. Ümid edirəm, qızı qucağındadır indi..

- Müharibədən sonra hansı medallarla təltif olundunuz?

- "Vətən uğrunda", "Cəbrayıl uğrunda" medalları verilib hələki. Yenə veriləcək.

- Müsahibə üçün də, etdikləriniz üçün də təşəkkür edirik. Nə yaxşı ki, varsınız, var oldunuz.

- Buyurun, mən də təşəkkür edirəm. Etdiklərimiz bizim borcumuz idi, biz etməyəcəkdik, kim edəcəkdi?

 

Orxan Saffari

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-11
2021-04-10

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK