adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Mart 2021 10:29
12677
MƏMLƏKƏT
A- A+

Bu günə qədər 300-dən artıq FHN əməkdaşı vaksinasiya olunub

Bu günə qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) 300-dən artıq əməkdaşı vaksinasiya olunub.

Trend-in məlumatına görə, bunu FHN-nin Tibb Xidmətinin rəis müavini, tibb xidməti mayoru Vəfa Dadaşova deyib.

O bildirib ki, artıq bir neçə gündür FHN əməkdaşlarının vaksinasiya prosesinə başlanılıb:

“Bu günə qədər 300-dən artıq şəxsi heyət vaksinasiya prosesinə cəlb olunub. Vaksinasiya könüllülük prinsipi ilə həyata keçirilir. Vaksin vurulan əməkdaşlarda heç bir yan təsir müşahidə edilməyib”.