SON DƏQİQƏ:

Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib

  16380   |  
Şriftin ölçüsü  

Finlandiya Azərbaycanlıları Assosiasiyası və Azərbaycanlı Qadınlar Cəmiyyəti Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Finlandiya parlamentinə, ölkənin insan hüquqları üzrə müvəkkilinə və Avropa Parlamentində təmsil olunan fin deputatlarına müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Adalet.az-a verilən məlumata görə, Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri Vasif Muradlı və Azərbaycan Qadınları Cəmiyyətinin sədri Arzu Oqtayın imzaları ilə sözügedən qurumlara və siyasətçilərə ünvanlanan müraciətdə XX əsrin böyük faciəsi adlandırılan Xocalı soyqırımı barədə müfəssəl məlumat verilib.

Bildirilib ki, Ermənistanın təcavüzkar hərəkətləri bütün beynəlxalq konvensiyalara, qətnamələrə, hüquq normalarına, prinsiplərinə və insanlığa ziddir. Ermənilərin törətdikləri soyqırımı təkcə azərbaycanlıları deyil, dünyanın bütün tərəqqipərvər və vicdanlı insanlarını kədərləndirib.

Dünyanın bir sıra ölkələrinin və ABŞ-ın 22 ştatının Xocalı soyqırımını rəsmən tanıdığını xatırladan müəlliflər Finlandiya qanunvericilik orqanını da bu addımı atmağa çağırıblar: "İnanırıq ki, hümanist dövlət kimi Finlandiya bu hadisəyə və böyük fəlakətə biganə qalmayacaq. XX əsrin sonunda baş vermiş Xocalı qırğınına hüquqi-siyasi qiymət veriləcək və insanlığa qarşı soyqırımı kimi dəyərləndiriləcək".

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-14
2021-04-13

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 13, 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK