SON DƏQİQƏ:

Beynəlxalq sərgidə Azərbaycan məhsullarına böyük maraq var

  14333   |  
Şriftin ölçüsü  

Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində “Gulfood 2021” beynəlxalq ərzaq sərgisində nümayiş olunur.

Nazirlikdən Adalet.az-a bildirilib ki, Dubayın Beynəlxalq Ticarət Mərkəzində təşkil olunan sərgidə 85 ölkədən olan şirkətlər öz məhsullarını təqdim edir.

Azərbaycanın 15 şirkətinin istehsal etdiyi pomidor, fındıq, balıq kürüsü, mineral sular, meyvə şirələri, limonad, qənnadı məmulatları, un məmulatları, çay, mürəbbə və digər məhsullar sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanır. Azərbaycan şirkətləri yağ, çay, mineral sular və s. məhsulların Qırğızıstan, Özbəkistan, İraq, Yəmən, Liviya, BƏƏ və digər ölkələrə ixracına dair danışıqlar aparırlar.

Artıq “Azerbaijan Fish Farm”, “Şirin”, “Ləzzət Biskvit Fabriki”, “Ulduz Şokolad Fabriki” şirkətləri ilə BƏƏ şirkətləri arasında məhsul ixracına dair ilkin razılıq əldə olunub.

Sərgi fevralın 25-dək davam edəcək.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-10
2021-04-09

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK