adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

CANAVAR ləqəbli FƏRHAD MƏLİKZADƏ - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
56646 | 2021-02-23 09:53

Şahnaz Şahin

    CANAVAR ləqəbli FƏRHAD MƏLİKZADƏ

Uşağın dünyaya gəlişinə ən çox valideynləri sevinir, həmin xoş gün üçün əvvəlcədən hazırlıq görür və ona ən yaxşı adları seçir. Övlad böyüdükcə istəklər də çoxalır, ana arzualrı bitib tükənmir. Övlad valideynin gələcəyə olan ümidlərinə, yaşam səbəbinə çevrilir. Analar əslində özləri üçün deyil, vətən üçün böyüdər oğulları, bəlkə elə buna görə azərbaycanlılar oğlan uşaqlarını daha çox sevərlər.  Yaxşı övlad isə valideynin də, vətənin də başını ucaldar.  Belə oğullardan idi Fərhad Məlikzadə...

    Məlikzadə Fərhad Nadir oğlu 20 avqust 1997-ci ildə Osmanlı kəndində dünyaya gəlmişdi. Doqquzuncu sinfədək A. Məmmədov adına Osmanlı kənd orta məktəbində, sonra isə Şıxsalahlı kənd tam orta məktəbində təhsilini davam etdirən Fərhad, eyni zamanda idmanla da məşğul olurdu və müəyyən uğurlara da imza atmışdı. 2014-cü ildə məktəbi bitirəndən sonra vətən qarşısında ilk borcunu vermək üçün hərbi xidmətə yollanıb. Əsgərliyini Daxili Qoşunların Bakıdakı “N” saylı hərbi hissəsində çəkərək 2016-cı ildə hərbi xidmət müddətini nümunəvi əsgər kimi başa vuraraq geri dönür. Bundan sonra “Çoxmübarizəli İdman Döyüş növləri” ilə daha ciddi məşğul olmağa başlayır, cüdo, qaydasız döyüş, güləş üzrə keçirilən yarışlarda yüksək nəticələr göstərərək müxtəlif diplom və medallarla təltif olunur.

     Öz üzərində işləməklə yanaşı Qaragünə kəndindəki idman məktəbində uşaq və gənclərə idmanın sirlərini öyrədən Fərhadı vətənə olan sevgisi və hərbi sahəyə marağı  2019-cu ildə MAXE kimi hərbi xidmətə aparıb çıxarır. Əvvəlcə Beyləqandakı “N” saylı hərbi hissədə bir il kəşfiyyatçı kimi xidmət etdikdən sonra Xüsusi Təyinatlı Qoşunlarda qeydiyyatdan keçərək altı aylıq xüsusi təlim kurslarında iştirak etmək üçün Xızıda yerləşən “N” saylı hərbi hissəyə dəyişdirirlir. Olduqca çətin olan bu kursu uğurla başa vuran Fəthad Baş gizir hərbi rütbəsi alaraq 2020-ci ildə Sumqayıtda yerləşən “N”  saylı hərbi hissədə işləməyə başlayır.

    Azərbaycanın haqq müharibəsi başlayarkən Fərhad da digər qeyrətli vətən oğulları kimi ilk gündən döyüşlərə yollanmışdır. Füzuli istiqamətində döyüşlərə qatılaraq bir çox kənd və qəsəbələrin düşməndən azad olunmasında yaxından iştirak etmişdir. Döyüşlərdə daim öndə gedən, qorxu-hürkü bilmədən döyüşən, hər həmləsi bir qəhrəmanlıq nümunəsi olan hündür boylu, pəhləvan cüssəli Fərhada yoldaşları “Canavar” ləqəbi vermişdilər. O, yüksək döyüş bacarıqı və heyrətamiz fiziki gücə malik idi. Döyüşlər zamanı düşünülmüş və ağıllı idmançı fəndləri həmişə nəticə verirdi.

    Döyüş yolu Cəbrayıl, Qubadlı, Hadrut, Xocavənd və Zəngilan torpaqlarından keçən baş gizir, oktyabr ayının 15-də Xocavənd ətrafında gedən şiddətli döyüşlərdə yaralanaraq qospitala yerləşdirirlir.Yüzlərlə düşmən hərbçisinin məhv edilməsində xidməti olan Fərhad qospitalda çox qala bilmir və yenidən döyüşlərə qayıdır.

Səsi gəlir qulağıma Şuşanın,

Könlü yara, qəlbi qırıq Şuşanın.

Damarında qaynar qanı coşanım,

Yeri Ordum, yürü Qurdum, Şuşaya!...

   Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərən döyüşçü Şuşa şəhəri uğrundakı əfasənəyə çevrilən çətin və uğurlu döyüşlərdə də öz şücaəti və igidliyi ilə adını iri hərflərlə yazmış,  düşmən səngərlərinə girərək əlbəyaxa döyüşlərə atılmışdır. Elə Şuşanın azad olunduğu 8 noyabr günü də bu döyüşlərdə ağır yaralanaraq canından artıq sevdiyi vətəni uğrunda  şəhidlk məqamına ucalmışdır.

O, 12 noyabr 2020-ci ildə doğulub böyüdüyü kənddə də dəfn edilmişdir.

    Azərbaycanın ərazi bütövlüyü uğrunda vəzifə borcunu ləyaqətlə yerinə yetirən  Azırbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Məlikzadə Fərhad Nadir oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni,“Vətən Uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Vətənin yaşaması, salamat qalması üçün onu sevən, yolunda hər şeyindən keçməyə hazır olan əqidəli, vicdanlı, qeyrətli vətəndaşlarının olması lazımdır. Azərbaycan xalqının qəhrəman oğulları bunu qanları və canları ilə sübuta yetirdilər. 44 Günlük müharibə Azərbaycanın hansısa təpə, yüksəklik, bölgə uğrundakı döyüşü deyildi. Bu haqq savaşı həm də böyük tarixi əraziyə və qədim torpaqlara malik olan doğma vətənimizin pozulmuş ərazi bütövlüyünün bərpası üçün aparılan əqidə, namus və vicdan davası idi. Xalqımız bu savaşdan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində apardığı uğurlu daxili və xarici siyasəti, dövlət və xalqın sarsılmaz birliyi, Ordumuzun gücü sayəsində zəfərlə çıxa bildi...

TƏQVİM / ARXİV