Makron bütün etiraz aksiyalarını qadağan etdi
Fransada regional hakimiyyət orqanları, həmkarlar ittifaqları tərəfindən təşkil olunanlar istisna olmaqla, qarşıdakı günlərdə keçirilməsi planlaşdırılan bütün nümayişlər qadağan ediləcək.
Adalet.az xəbər verir ki, bu barədə Emmanuel Makron hökumət rəsmiləri ilə qarşıdan gələn etiraz aksiyaları ətrafında apardığı müzakirələrdən sonra məlumat verib.
Prezident bildirib: "Həmkarlar ittifaqlarının təşkil etdiyi aksiyalara gəldikdə, prefektlər alternativ marşrutlar təklif edəcəklər. Əgər söhbət həmkarlar ittifaqlarının nümayişlərindən getmirsə, biz belə aksiyaların qarşısını mümkün olan hər yerdə alacağıq".
Fransa liderinin sözlərinə görə, hazırkı məqam etiraz aksiyaları keçirmək vaxtı deyil: "Hamımız sakitliyə qayıtmalıyıq".
O, oktyabrın 17-də baş verən iğtişaşlara görə ifrat solçu qrupları günahlandırıb: "Onların məqsədi Respublikanı məhv etməkdir".
Xatırladaq ki, oktyabrın 17-də Parisdə və Fransanın digər bölgələrində yanacaq qiymətlərinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi etiraz aksiyaları keçirilib. Bir sıra şəhərlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Daxili işlər naziri Loran Nunyes bəyan edib ki, hakimiyyət orqanları dağıntı və talanlarda iştirak edən bütün şəxsləri təqib etməyə davam edəcəklər.
Digər Xəbərlər
22 Oktyabr 2026 16:03
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
22 Oktyabr 2026 14:41
Türkiyə-Ermənistan sərhədi açılır?
22 Oktyabr 2026 14:30
Netanyahu: Trampın İsrailin İrana hücumunu bloklaması ilə bağlı xəbər yanlışdır
22 Oktyabr 2026 13:36
Ermənistan Konstitusiyasının layihəsi yaxın vaxtlarda dərc olunacaq
22 Oktyabr 2026 13:04
"Ermənistanı niyə KTMT-dən xaric etmirlər?" - Paşinyan
22 Oktyabr 2026 12:37
Si Cinpin: Çin müasir dövlət quruculuğunun yeni mərhələsinə qədəm qoyub
22 Oktyabr 2026 11:51
ABŞ-İran danışıqları dayandırılıb
22 Oktyabr 2026 10:17


Bakı -°C

