SON DƏQİQƏ:

Beş oyun ardıcıl məğlub olan Mourinyo: “Klubumuzda böhran yoxdur”

  11101   |  
Şriftin ölçüsü  

“Totenhem” klubunun baş məşqçisi Joze Mourinyo özünün və köməkçilərinin futbol biliklərinə şübhə etmədiyini açıqlayıb.

Portuqaliyalı futbol mütəxəssisinin fikirlərini “Sky Sports” dərc edib.

O, son beş oyun ardıcıl məğlubiyyəti klubdaxili böhran kimi qiymətləndirmədiyini bildirib. 

“Xeyr, mümkün deyil. Qətiyyən. Bəzən nəticələr futboldakı bir çox fərqli məqamların nəticəsidir. Böhran? Böhran dedikdə nəyi demək istədiyinizi anlamıram. Əgər böhran soyunma otağındakı məyusluq və kədərdirsə, razıyam, çünki baş verənlərdən heç kim razı deyil və hamımız bunu oyunumuzda göstərdik. 

Bir komanda, bizim kimi ​​son saniyəyə qədər fərqli nəticə əldə etmək üçün çalışırsa, o, böhran içində ola bilməz”, - deyə 58 yaşlı futbol mütəxəssisi qeyd edib. 

J.Mourinyo bildirib ki, komandada birlik olmayanda böhran baş verir, o isə hesab edir ki, hazırda rəhbərlik etdiyi klub sadəcə olaraq ardıcıl pis nəticələr əldə edir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-02-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 25, 23, 20, 18, 16, 13, 11, 09, 06, 04,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK