SON DƏQİQƏ:

Ötən il nə qədər narkotik vasitə müsadirə edilib? - RƏSMİ

  37833   |  
Şriftin ölçüsü  

2020-ci ildə ölkədə qeydə alınan 26 mindən çox cinayət hadisəsinin 5 252-sini (20,2 %-i) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunub.

Daxili İşlər Nazirliyinin məlumatları əsasında hazırlanan statistikaya görə, 2020-ci ildə qeydə alınan göstəricilər 2019-cu il ilə müqayisədə 19,8 % çox olub.

2020-ci ildə qeydə alınan faktların 55,9 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 36,1 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 6,2 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,7 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizini isə digər cinayətlər təşkil edib.

2020-ci ildə 3758,4 kiloqram narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Bu da 2019-cu ilin göstəricisindən 13,3 faiz çoxdur. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 2341,1 kiloqramını heroin, 904,5 kq-nı marixuana, 277,9 kq-nı tiryək, 65,4 kq-nı həşiş, həşiş yağı və qətranı, 1,3 kq-nı kokain, 168,2 kq-nı isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK