SON DƏQİQƏ:

ZÜLM EVİNİ YIXAN KİÇİK ÇAVUŞ ŞAHİN HÜMBƏTOV - Şahnaz Şahin yazır

  42994   |  
Şriftin ölçüsü  

Deyirlər qalib xatirələrlə, məğlub isə intiqm hissi ilə yaşayır. Elə üzdəniraq qonşularımız da illər öncə zor və güc tətbiq edərək yurddaşlarımızı doğma Qarabağ torpaqlarından qovub çıxarandan, zülm və işgəncələrə məruz qoyduqdan yaxın vaxtlara kimi təxmini belə bir “eyforiya”nın ağuşunda idilər. Amma bitdi!... Çünki xalqımız ondan asılı olmayan səbəblərdən uğradıldığı məğlubiyyətin acısını nəinki unutmamışdı, ondan dərs almış, öyrənmişdi. Bilirdi ki, qələbəni yalnız güclü, mütəşəkkil ordunun sayəsində, xalqın birliyinin nəticəsində qazanmaq olar. Ona görə də aradan keçən illərdə Azərbaycan Ordusu möhkəmləndirilmiş, gücləndirilmiş, maddi və hərbi resursları təmin edilmişdi. Ordu və xalqın birliyi üstəgəl dövlətçiliyimiz tarixi qələbəni mütləq etdi...

Hümbətov Şahin Əlcivan oğlu 24 noyabr 1986-cı ildə Minbaşı kəndində doğulmuşdur. O zamankı Əlibayramlı, indiki Şirvan şəhərində səkkizinci sinfədək təhsil almış, sonrakı illərdə isə təhsilini Qarağac kənd tam orta məktəbində davam etdirmişdir. Məktəbi 2004-cü ildə bitirən Şahin 2005-ci ildə də həqiqi hərbi xidmətə çağırılmış və Azərbaycan Ordusunun Qazax rayonunun Kəmərli kəmdində yerləşən “N” saylı hərbi hissəsində sürücü kimi xidmət etmişdir. 2006-cı ildə ordudan tərxis olunaraq ehtiyata buraxılmışdır. 2012-ci ilin yanvar ayında Sabirabad Hərbi Komissarlığının Silahlı Qüvvələrin Təlim-Tədris mərkəzində mexanik-sürücü ixtisasına yiyələnərək Müdafiə Nazirliyinin əmrinə əsasən “N” saylı hərbi hissənin Birinci moto-atıcı taborunun birinci bölüyündə mexanik sürücü kimi işləməyə başlamışdır.

2014-cü ildən isə “N” saylı hərbi hissədə Tibb Məntəqəsinin sanitar sürücüsü kimi xidmət etmişdir. 2016-cı ilin Aprel döyüşlərində MAXE kimi iştirak edən Şahin, sonralar “kiçik çavuş” rütbəsi almışdır. Müharibəyə 27 sentyabr tarixindən qatılan hərbçimiz Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Şuşa uğrunda gedən ölüm-dirim savaşında mərdlik və qəhrəmanlıq nümayiş etdirmişdir. Döyüş meydanından yaralıların çıxarılması, onlara vaxtında tibbi xidmətin göstərilməsi üçün var qüvvəsini səfərbər etmişdir. Bu gün neçə əsgər həyatda olması üçün məhz kiçik gizir Şahin Hümbətova borcludur.

Xocavənd uğrndakı ağır və qanlı döyüşlərin birində isə (26.10.2020) idarə etdiyi maşınla minaya düşərək özü də şəhidlik məqamına ucaqmışdır. Şəhid Şahin Əlcivan oğlu Hümbətov Qarağac kənd qəbristanlığında vətən torpağını bir məzarlıq da böyütmüşdür. Məqamı uca olsun...

Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”. “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şahin Hümbətov ailəli idi və iki övladı vardı...

...Mən şəhidin yaşadığı ünvanda olarkən anası və həyat yoldaşının Cəlilabad rayonunda Hərbi şəhərcikdə olan evdə yaşadıqları bəlli oldu. Buna görə də atası Yəhya kişi ilə görüşüb söhbət edə bilsəm də, anası Nargilə xanım və həyat yoldaşı Gülər xanımla yalnız telefon əlaqəsi yarada bildim. Hər biri Şahin haqqında ürəklə söz açdı, məhəbbətlə xatırladı... Dedilər ki, Şahin

vətənpərvər oğul idi, alicənab idi, ailəcanlı, zəhmətkeş idi. Azərbaycan bağyrağını uşaqlıqdan ürəyinin üstə gəzdirirdi, torpaqlarımızın işğal altında qalması onu həmişə narahat edir və inanırdı ki, necə olur olsun bir gün mütləq o torpaqlara qayıdacağıq, zülm,sitəm sonsuza qədər çəkə bilməz...

Atası Yəhya oğlu ilə fəxr edir, deyir ki:

-Şahin canavar kimi oğul idi, düşmənini parça-parça etməyə hər vaxt hazır idi. O, Vətənə xidmət etməyi, onun əsgəri omağı özünə borc bilirdi. Hərbidə qulluq edəcəyini biləndə yolunu kəsmədim, xeyir-dua verdim ona...

Rahat yat, Azərbaycanın əbədi əsgəri Şahin Hümbətov, Ordumuz sizin qisasınızı qiyamətə qoymadı, düşmən üzərində tarixi qələbəni qazandı və uğrunda can verdiyiniz o torpaqları geri qaytardı. indi Qarabağ Azərbaycandır!...

...Dalğalanır vüqarla,

Bayrağım Qarabağda.

Başlanır türk ellərin,

Növrağı Qarabağda!...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 18, 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK