adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Yanvar 2021 23:20
44404
İDMAN
A- A+

Messini bağışlamadılar

İspaniya Futbol Federasiyası “Barselona”nın hücumçusu Lionel Messi ilə bağlı verdiyi apellyasiya şikayətinə baxıb.

Qol.az AS nəşrinə istinadən xəbər verir ki, federasiya argentinalı futbolçunun cəzası ilə bağlı  şikayəti rədd edib. Onun cəzası qüvvədə qalıb.

Xatırladaq ki, Messi İspaniya superkubokunun finalında “Atletik”in oyunçusu Asyer Vilyalibreni vurub. Qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış Messi qırmızı vərəqə alaraq meydandan qovulub. Hücumçu iki oyunluq cəzalandırılıb.