adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Yanvar 2021 22:23
18348
DÜNYA
A- A+

28 SES geri qaytarıldı, AES də dayanır - İrəvanda problem

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində işğaldan azad etdiyi ərazilərdəki su elektrik stansiyalarının ümumi dəyəri 200 milyon dollardır.

Axar.az xəbər verir ki, bunu “Aykakan Jamanak”a müsahibəsində Ermənistanın ərazi idarəetməsi nazirinin müavini Akop Vardanyan deyib.

O, 2021-ci ildə Qarabağdan Ermənistana 330 milyon kilovatt saat enerjinin daxil olacağını hesabladıqlarını, ancaq indi bu elektrik enerjisini daha baha qiymətə başqa mənbədən almağa məcbur olduqlarını açıqlayıb.

Vardanyan Ermənistanın Atom Elektrik Stansiyasının 15 maydan 2 oktyabra qədər dayandırılacağını və buna görə də çətinliklə qarşılaşacaqlarını bildirib.

Qeyd edək ki, Qarabağdakı 34 SES-dən yalnız altısı hazırda rus sülhməramlılarının nəzarət etdiyi ərazidə qalıb.