adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Yanvar 2021 12:13
15411
MƏMLƏKƏT
A- A+

Sürücülərə şad xəbər: Bu qaydaların pozulmasına görə cərimə ləğv edilir

Azərbaycanda dayanma və ya durma qaydalarının pozulması görə gün ərzində təkrar cərimə ləğv edilir.

Adalet.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, məcəlləyə yeni qeyd əlavə edilir. Həmin qeydə əsasən, şəxs bu Məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

346-cı maddə Dayanma və ya durma qaydalarının pozulmasını əks etdirir və buna görə iyirmi manat məbləğində cərimə nəzərdə tutulur.