SON DƏQİQƏ:

“Altı minə qədər məhv olmuş həyat, on mindən çox əlil" - Qazinyan itkilərdən danışdı

  11254   |  
Şriftin ölçüsü  

Ermənistanın Vahid Ermənistan Partiyasının təsisçisi Artur Qazinyan ölkəsində yaşanan faciələr barədə danışıb.

Azvision.az xəbər verir ki, o hələ də müharibə dəhşətlərindən ayılmayan erməni cəmiyyətinin bir çox suallara cavab axtardığını bildirib. Siyasətçi müharibənin acı nəticələri haqqında bunları deyib:

“Altı minə qədər məhv olmuş həyat, on mindən çox əlil, minlərlə itkin düşmüş şəxs. Bir sözlə, böyük milli faciə. Bəs niyə rəqəmlər belə çox olub? Bu qədər qurbanın qarşısını almaq, minlərlə gəncin həyatını xilas etmək olardımı? Şübhəsiz ki, mümkün idi. O halda mümkün olardı ki, müharibəni Ermənistanın maraqlarına əsaslanan, dövlət düşüncəli hərbi-siyasi elita idarə edərdi. Sadə bir misal deyim. Hava hücumundan müdafiə sistemləri olmadığı və düşmənin super qəhrəmanı- şok yaradan dronlarının göydə sərbəst uçduğu təqdirdə əsgərləri hərbi texnikalar və ya avtobuslarla necə daşımaq olardı axı? Hər hansı bir müharibə iştirakçısı və ya hərbi ekspert Ermənistan ordusundakı itkilərin böyük əksəriyyətinin düşmən PUA-larının maneəsiz əməliyyatlar keçirməsinin nəticəsi olduğunu təsdiqləyər”.

Qazinyan daha sonra xatırladıb ki, müharibənin ilk günlərində minlərlə erməni könüllü dərhal cəbhə bölgəsinə göndərildi və silahlı qüvvələrin ehtiyatda olan şəxsi heyəti həftələrlə hərbi hissələrdə saxlanıldı. Real döyüşlərə hazır olmayan, hərbi qaydaları bilməyən və bir anda cəbhədə peyda olan könüllülər ordusu xaosa səbəb olurdular, çaxnaşmalarla geri çəkilirdilər. Erməni siyasi xadim Şuşa hadisələrinin bunun ən parlaq nümunəsi olduğunu iddia edib:

“Şuşanın müdafiəsini kim koordinasiya edirdi? Düşmən Şuşaya necə yaxınlaşdı axı? “Qarabağ ordusu” bu şəhərin müdafiəsində iştirak etdimi? Bu suallar dəfələrlə soruşulub. Bunun ancaq bir cavabı var. Noyabrın 5-dən 10-a kimi nə qədər qurban verdiyimiz barədə təsəvvürünüz varmı?”.

Qazinyan sonra Nikol Paşinyanın bir vaxtlar Azərbaycan rəhbərləyinə sataşaraq Şuşaya dəvət etməsini də tənqid edib. O yanğılı şəkildə sual edib:

“Niyə bizi bu qədər ağır cəzalandırdılar, erməni analarına, bacılarına, qızlarına bu qədər ağrı və əzab verdilər. Əgər bunların hamısı 3 oktyabrda, 10 oktyabrda, nəhayət, 20 oktyabrda dayandırıla bilsəydi, indi minlərlə oğlan analarını qucaqlayacaq, ailə quracaq, övlad dünyaya gətirəcəkdilər”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-02-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 25, 23, 20, 18, 16, 13, 11, 09, 06, 04,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK