adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Yanvar 2021 12:41
49258
TEXNOLOGİYA
A- A+

ABŞ F-16-larına alternativ - "Bayraktar AKINCI"

Türkiyə böyük müjdəni verdi : Dünyanı heyrətləndirən "Bayraktar AKINCI" pilotsuz təyyarə gəlir - ABŞ F-16-larına alternativ olacaq.

Türkiyə Müdafiə Sənayesi başqanı İsmail Dəmir, "Baykar" şirkəti tərəfindən yerli və milli imkanlarla istehsal edilən "AKINCI" PUA-nın ilk tədarükünün bu il ediləcəyi müjdəsini verib.

Adalet.az xəbər verir ki, İsmail Dəmir 2021-ci ilin PUA istehsalında Türkiyə üçün önəmli bir il olacağını bildirib.

"2021-ci ildə ilk tədarüklər "AKINCI" PUA-larla olacaq. "Aksunqur" PUA-ların kütləvi istehsalı davam edəcək, "Atak Faza" 2-nin tədarükü başlayacaq. "Hisar-O"-nun sınaqları tamamlanacaq. İlk milli gəmi əleyhinə raket "Atmaca", tank əleyhinə yeni silah "Karaok"nun ilk tədarükü bu il ediləcək. "Altay" tank üçün hazırlanmış Batu tank mühərrikinin ilk prototipi və yeni nəsil yüngül zirehli nəqliyyat vasitələri üçün hazırlanmış UTKU mühərriki və ötürülməsinin ilk prototipi bu il idarə ediləcək", deyə Dəmir qeyd edib.