adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Yanvar 2021 13:24
64886
MARAQLI
A- A+

“Çöl bəbiri” və “Mədinə qəhrəmanı” Fəxrəddin Paşa

1918-ci il.

I Dünya Müharibəsində Osmanlı imperiyası məğlub olmaq üzərədir. İraq, Suriya, Fələstin və Ərəbistan cəbhələrindəki türk ordusu ingilislərin qarşısında çöküş yaşayır. İngilislər ərəbləri bol-bol qızılla satın alıb.

Bugünkü Səudiyyə Ərəbistanı, Qətər kimi ölkələrin atası olan ərəblər türk ordusunu, dindaşlarını arxadan və şərəfsizcəsinə vurur.

30 oktyabr 1918-ci il.

Bütün cəbhələrdə müharibə boyunca on minlərlə şəhid verən Osmanlı məğlub olur, Mondros müqaviləsi imzalanır. Müqavilə qüvvəyə minən kimi Osmanlı tərki-silah olunur, ordu təslim olur. Ancaq Mədinədə vəziyyət başqadır.

***

Məhəmməd peyğəmbərin “Rəvza-I Mütəhhəra” adıyla tanınan məzarı Mədinədə yerləşir.

Komandanı Fəxrəddin Paşa olan Mədinə qarnizonu aylardır ərəblərlə ingilislərin qorxunc mühasirəsi altındadır.

Aclıq, susuzluq, silahsızlıq.

Çarəsiz qalan Fəxrəddin Paşa ordusuna bir tövsiyə edir:

“Övladlarım, çəyirtkələri tavada bişirib yeyin. Mən də yeyirəm, çox dadlı olur”.

***

 

Fəxrəddin Paşa ərəblərin xəyanətini və baş verəcək olan hadisələri öncədən görür, anlayır ki, Mədinə əldən çıxacaq…

Və Peyğəmbərimizin məzarına Osmanlı padşahları tərəfindən bütün dəyərli əşyaları, o gözəl xəzinəni son qatarların birinə yükləyib güclü bir mühafizə altında İstanbula göndərir. Buyurun, bəziləri ilə tanış olun:

“Həzrəti Osmanın ceyran dərisində yazılmış Quranı;

üzərində brilyant və incilərlə peyğəmbərimizin adı yazılmış lövhələr;

brilyant və ləl-cəvahiratlı təsbehlər; dürri adlı dörd parça böyük almaz;

hər biri 50 kiloqramlıq altun şamdanlar və daha nələr, nələr…

Mədinə, dəmiryolnun son dayanacağı.

Bu dəmiryolu cəbhədəki əsgərlərimizin tək can və qan damarıydı. Ərəblər dayanmadan sabotaj edir, dəmiryolu işini əngəlləyir. İngilislərin qızılları çox işə yarayıb.

***

30 oktyabr 1918. Mondros anlaşması imzalanır, Osmanlı dövləti təslim olur.

Amma Fəxrəddin Paşa Mədinədə təslim olmaq qərarını rədd edir.

Dövlət təslim olmuş, amma Mədinə komutanı bu təslimçiliyi qəbul etmir. Aylar boyu Mədinədə ərəb, ingilis hücumlarına dirəniş göstərir.

Xaçlı-Müsəlman iş birliyi Türk ordusunu süpürüb gedir.

Çarəsiz qalan və ingilislərin nəzarətinə düşən Vəhdəddin adlı xain padşah, ədliyyə naziri Heydər Mollanı bir ingilis zirehli arabası ilə Ciddəyə göndərir. Və dirənən Fəxrəddin Paşadan təslim olmasını istəyir. Paşa yenə rədd edir. Belə bir cavab verir:

“Mən Peyğəmbərimizin məzarını bunlara buraxmaram. Al bayraq burada dalğalanacaq”.

Heydər Molla İstanbula əliboş qayıdır. Dünya hərb tarixində belə bir olay yaşanmadı. Mondros təslim anlaşması ilə hər şey bitir, Fəxrəddin Paşa isə Mədinədə vuruşur. İngilislər və Osmanlıya xəyanət etmiş ərəblər Mədinəni heç cür ələ keçirə bilmir.

***

Yanvar 1919.

Sonunda olan olur. Bir sabah Paşa Peyğəmbərimizin məzarı başında sübh namazı qılarkən, təslimdən başqa çıxış yolu qalmadığını düşünən bəzi zabitlər onun üzərinə atılıb yaxalayırlar.

Fəxrəddin Paşa tapançası ilə qılıncını peyğəmbərimizin məzarı üzərinə buraxır və qarnizonla birlikdə əsir düşür.

Fəxrəddin Paşa bir dövr Misirdəki əsir düşərgələrində qalır. Sonra bütün yurdsevrələr kimi Malta adasına sürgün edilir. Əsirliyi boyunca hərbi geyimini soyunmur.

2,5 il sonra, 1921-ci ildə sərbəst olunca İtaliya-Almaniya-Rusiya-Batum-Qars yoluyla yurda girir və Vətən torpağını öpür. Sonra Qasım Qarabəkir Paşa ordusunda qərb cəbhəsinə yollanır.

Ankarada Mustafa Kamal Paşa Fəxrəddin Paşa haqqında belə deyir:

“Sağlığında adını tarixə altun hərflərlə yazdırmış komandanımızdır!”

“Çöl bəbiri” və “Mədinə qəhrəmanı” olaraq bilinən, hətta düşmənləri tərəfindən haqqında heyranlıqla söz edilən Fəxrəddin Paşa 1922-ci ildə Mustafa Kamal Paşa tərəfindən Əfqanıstana böyük elçi göndərilir. Əfqanıstan o illərdə Türkiyə üçün böyük önəm daşıyırdı. Türkiyəni tanıyan bir neçə ölkədən biri idi.

***

Fəxrəddin Paşa sonrakı illərdə “Türkkan” soyadını alır. Haqqında yazılmış iki nəfis kitab var. İkisinin də adı “Mədinə müdafiəsi” adlanır.

Birinin yazarı Paşanın şəxsi yavəri Naci Kaşif Kıçıman, ikincisini isə Mədinədə qızılay xidmətçisi Fəridun Kandemir yazıb. Hər ikisi Mədinədə Paşa ilə birlikdə xidmətdə olublar. Bunlar artıq satışda olmayan, amma mütləq yenidən oxunması və oxudulması vacib kitablardı.

Aradan illər keçir. Fərudun Kandemir bir gün Fəxrəddin Paşayla İstanbulda küçədə rastlaşır və ondan xatirələrini yazmasını istəyir. Belə bir cavab alır:

“Övladım, hər kəs vətənə qarşı borclu olduğu vəzifəni yerinə yetirər və oradaca iş bitər”.

Fəxrəddin Türkkan 1948-ci ildə vəfat edir. Hazırda İstanbulda, Rumeli Hisarı Məzarlığında uyuyur.

***

Fəxrəddin Paşa hadisəsi dünyada tayı-bərabəri olmayan bir ibrət nümunəsidir. İngilislərlə pul hesabına iş birliyi edən dindaşlarının xəyanətinə uğrayan, dövlət təslim olduğu halda Peyğəmbərimizin məzarını onlara təslim etməmək üçün 3 ay daha ac-susuz savaşan gerçək bir türk və müsəlman hekayəsidir.

Dilimizə uyğunlaşdıran: Eminquey