adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Yanvar 2021 12:25
283819
MƏDƏNİYYƏT
A- A+

Məşhur fotoqraf Bülbülün dağıdılmış ev-muzeyini nümayiş etdirib - FOTO

İran əsilli məşhur fransalı fotoqraf Rza Diqqəti öz "İnstagram" səhifəsində Azərbaycanla bağlı növbəti paylaşım edib.

Tfotoqraf Şuşa şəhərində görkəmli Azərbaycan opera müğənnisi Bülbülün dağıdılmış ev-muzeyini ziyarət edib.

O, öz paylaşımında bu ev-muzey barədə 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal olunandan sonra heç bir məlumatın olmadığını qeyd edib.

Fotoqraf Bülbülün ev muzeyinə girəndə şoka düşdüyünü vurğulayıb. O bildirib ki, muzeyin içərisində hər şey qarət olunub, Bülbülün heykəlinin isə gözləri çıxarılıb.